“BreakBulk Caspıan ” 1-ci Beynəlxalq konfransı keçirilib

Bakıda “BreakBulk Caspıan”- Nəqliyyat, Tranzit və Logistika üzrə 1-ci Beynəlxalq konfrans keçirilib. Konfransda 20-ə yaxın ölkədən nümayəndə iştirak edib. Tədbirdə  Qafqaz, Xəzər və Mərkəzi Asiya regionunda daha möhkəm işgüzar əlaqələrin qurulmasında maraqlı olan aparıcı  yükdaşıma şirkətləri, ekspeditor, liman və terminalların nümayəndələri bir araya gəliblər. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin əlaqələndirilməsində  regional nəqliyyat-logistika mərkəzi kimi rolu diqqət mərkəzində olub. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan  “ADY Konteyner” MMC-nin nümayəndələri də iştirak ediblər. Şirkətin əməkdaşı Cavid Həbibov  çıxış edərək, dəmir yolu ilə yük daşımalarında Azərbaycanın tranzit imkanları barədə tədbir iştirakçılarına məlumat verib. Azərbaycandan keçən nəqliyyat dəhlizləri, “Azərbaycan Dəmir Yolları” QSC-nin imkanları  və həyata keçirilən infrastruktur layihələri barədə danışıb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked