Vikinq Qatarı

Marşrut: LitvaBelarusUkrayna və GürcüstanAzərbaycan / Mərkəzi AsiyaÇin / İranHindistan

Nəqliyyat dəhlizinin əsas məqsədi Skandinaviya ölkələrini, Litva, Belarus və Ukrayna vasitəsi ilə Qara dənizə birləşdirmək və buradan yüklərin Azərbaycan, İran, Mərkəzi Asiyaya, Uzaq Şərq regionu və Hindistana çıxışını təmin etməkdir. İlkin hesablamalara əsasən bu dəhliz üzrə yük daşımaları Hindistandan-Şimali Avropaya 20 gün ərzində, Çindən isə 16-18 gün ərzində həyata keçirmək mümkün olacaqdır. Alternativ marşrutlarla yüklərin çatdırılma müddəti 35-40 gün təşkil edir.