İZAHLI LÜĞƏT

NƏQLİYYAT-LOGİSTİKA TERMİNLƏRİ

 

A

Administrative Fee — yerli xətt üzrə agentlərin sənədlərin rəsmiləşdirilməsi müqabilində  yığımları

Agent — müəyyən məbləğ müqabilində əlahiddə şəxs və ya təşkilatın işlərini aparmaq üçün  müvəkkil şəxs və ya təşkilat

Arrival notice — yükün gəlməsi barədə yükalana göndərilən bildiriş

Awkward load — əndazəsiz yük

B

Bale — yükün ölçü vahidi

BAS  / Base Rate — əsas, baza dərəcəsi

Bill — ödəniş üçün hesab

BOL / Bill of Lading — nəqliyyat qaiməsi. Sənəddə malların siyahısı göstərilir

Booking number — dəniz daşımasının sifariş nömrəsi

C

Cargo — daşınan yük

Cargo Agent — daşınma üzrə agent

C.B.M. (C.M.) — kub metr

Certificate of origin — yük haqqında şəhadətnamə

CFS / container freight station —konteynerlərin aşırma məntəqəsi

C.O.D. / Collect (cash) on Delivery — çatdırılma zamanı ödəniş

Consignee — yükalan

Containerization — konteynerləşdirmə

Containerized freight — konteynerdə daşınan yük

Consignee — yükalan

Consigment agreement — malın çatdırılması barədə müqavilə

Consigment document — yükün qaiməsi

Consigment invoice — yükün hesab-fakturası

Consolidation — birləşdirmə

Container — konteyner

Container allowance — konteyner daşımaları üçün verilən icazə

Container cargo —  konteyner yükü

Container deport — terminal

Container rate — konteyner daşıma tarifi

Container ship — konteyner daşıyan gəmi

CY / Container Yard —konteyner terminalı

D

Dead Space — yükgöndərən tərəfindən sifariş edilən, lakin istifadə edilməyən anbar sahəsi

Delivery Order —malın anbardan verilməsi barədə göstəriş

Delivery status — yükün olduğu yer barədə məlumat

Delivery terms – çatdırılma şərti

Delivery time — çatdırılma vaxtı

Destination carrier — yükü son ünvana çatdıran daşımaçı

Differential Rate — yükün eyni stansiyaya  müxtəlif marşrutlarla daşınması zamanı yaranan tarif fərqi

Discharging —boşaltma

Diversion — marşrutun dəyişdirilməsi

Door-to-Door — “qapıdan qapıya” daşıma

Drop-off charge — konteynerin qaytarılmasına görə ödəmə

Drayage — yerli, dəmir yolundan kənar daşıma üçün ödəmə

E

ETA / Estimated Time of Arrival — gözlənilən çatdırılma tarixi

ETD / Estimated Time of Departure — gözlənilən göndərilmə tarixi

Export — ixrac

Export ban — ixraca  qadağa

Export conditions — ixrac şərtləri

Export Declaration — yükgöndərənin ixrac bəyannaməsi

Export  invoice — ixrac qaiməsi

F

FAK / freight all kinds — müxtəlif təyinatlı yüklər

FEU — yükün şərti ölçü vahidi

Fee — mükafat, rüsum və ya qanorar

FCL / Full Container Loading — tam olaraq bir müştəri üçün yüklənmiş konteyner

Freight — daşıma haqqı, фрахт.

G

GATT / General Agreement on Tariff and Trade — tariflər və ticarət haqqında ümumi razılaşma

GRI / General Rate Increase — daşımaların həcminə görə baza dərəcələrinin artması

Groupage cargo — qarışıq yük

Groupage container — qarışıq yük üçün konteyner

H

Hauling costs — daşıma xərcləri

Hazardous cargo — təhlükəli yük

Heavy cargo — yüksək sıxlıqlı ağır yük

«Hot-shot» run — yüklərin sürət qatarı ilə  daşınması

HH / House-to-House — evdən evə çatdırılma

I

IMO Surcharge — təhlükəli yük üçün əlavə ödəniş

Import — idxal

Import approvals —idxala icazə

Import ban — idxala qadağa

Import declaration — idxal üçün gömrük bəyannaməsi

Import License — idxal üçün lisenziya

Impost — gömrük rüsumu

Inland traffic — daxili daşımalar

Inland Clearance Depot — daxili gömrük anbarı

Interchange — konteynerin bir daşımaçıdan digərinə ötürülməsi

Interchange Points — mübadilə  məntəqəsi:  yükün bir nəqliyyat xəttindən digərinə keçidi stansiyası

Intermodal — müxtəlif nəqliyyat növləri ilə  daşıma

Intermodal Transport — kombinə edilmiş daşımalar

International consigment note — beynəlxalq daşıma qaiməsi

ISO / International Organization for Standardization — Beynəlxalq Standartlaşdırma Təşkilatı

International unit — beynəlxalq universal ölçü vahidi

In transit — “yük yoldadır”

In-transit damage — yükün yolda zədələnməsi

In-transit delay — yükün ləngiməsi

In-transit loss — yükün  yolda tam və ya qismən itirilməsi

Intraterminal switching — stansiya daxilində manevrlər

Invoice — hesab - faktura

L

LCL / Less-than-container — “yük, konteynerin yük tutumundan azdır”

Letter of Indemnity — zəmanət məktubu

LI / Liner In — “konteyner terminalında yükün qəbulu və gəmiyə yüklənməsi fraxta daxildir” l

Lien — Fraxtın təmin edilməsi üçün yükün saxlanılmasına verİlən icazə

Lift-On/Lift-Off — yükləmə\boşaltma

Line-haul — şəhərlərarası daşıma

Loading date — yükləmə tarixi

Loading pattern — yükləmə sxemi

M

Marking goods — yükün markalanması

Measurement cargo — həcmi böyük, çəkisi yüngül yük

Minimum Charge — yükün daşınması üçün minimal ödəmə

N

Notice — xəbərdarlıq

Notice of delivery — Malın qəbulu barədə qəbz

O

Open-Top Container — tavanı və yan divarları olmayan, açıq tipli konteyner

Origin — göndərilmə məntəqəsi

Outbound cargo — göndərilən yük

Out-of-time — müddətin pozulması

Overload — aşırma

P

Pallet pattern — yükün yerləşdirilməsi sxemi

Perishable Cargo — tez xarab olan yük

Place of arrival — çatma məntəqəsi

Protective service — yükə yolda göstərilən xidmət

PSS / Peak Season Surcharge — mövsümlə əlaqədar daşımanın həcminin artmasına görə əlavə ödəniş

R

Railage — dəmir yolu ilə daşıma

Rail carrier — dəmir yolu şirkəti

Rail freight — yükün dəmir yolu ilə daşınması

Railway berth — dəmir yolu xətti olan tərsanə

Rebilling — qaimənin yenidən tərtib edilməsi

Receipt — qəbul etmə haqqında qəbz

Reefer — soyuducu konteyner

Rejection notice — maldan imtina haqqında akt

Returned goods — geri qaytarılan yük

Revenue freight — kommersiya təyinatlı yük

Rte. / Route — marşut

S

Salvage value — zədələnmiş yükün qiymətləndirilməsi

Seal (Container) — yükləndikdən  sonra konteynerə vurulan surğuç

Seal record /Seal log — konteynerlərin və surğucların  nömrələrinin qeyd edildiyi  mühasibat sənədləri

Service contract —nəqliyyat xidmətləri üçün müqavilə

SOC / Shipper’s Owned Container — “konteyner müştəriyə məxsusdur”

Shipper — yükgöndərən

Shipment tracking — yükə nəzarət

Shipped bill of lading — nəqliyyat qaiməsi

Shipped value — boşaldılan yükün qiyməti

Shipper’s Export Declaration — yükgöndərənin ixrac bəyannaməsi

Shipping order — daşıma qaiməsi

Shipping permit — yükün göndərilməsi barədə icazə sənədi

T

Tank Container — maye yüklərin daşınması  üçün konteyner

Tare Weight — konteynerin çəkisi

Trf. / Tariff — tariflər toplusu

Terminal — terminal

TEU / Twentyfoot Equivalent Unit — yükün şərti ölçü vahidi

W

Warehouse — anbar

WB / Waybill — yük qaiməsi

Z

ZIP code — poçt indeksi