“ADY Konteyner” MMC Almaniyanın “TÜV Thüringen e.V.” şirkətinin “İSO 9001:2015” Keyfiyyət İdarəetmə Sistemi standartına uyğun olduğunu təsdiq edən sertifikatını  alıb. “İSO 9001-2015” sertifikatı idarəetmə və müştəri məmnuniyyətini qazanmaq istiqamətində görülən işləri müəyyən edən ən müasir beynəlxalq standartların tətbiqini nəzərdə tutur. Bura sənədləşmə, kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müştəri məmnuniyyəti prosesinin təkmilləşdirilməsi, daxili audit sisteminin formalaşdırılması, daxili audit kadrlarının yetişdirilməsi aiddir.