Ev əşyalarını xaricə göndərmək istəyən fiziki şəxs, əvvəlcə yükü göndərənin və təyinat məntəqəsində yükü qəbul edəcək şəxsin şəxsiyyətini təsdiq edən sənədlərin surətini “ADY Konteyner” MMC-yə təqdim edir. Daha sonra daşınacaq əşyaların gömrük rəsmiləşdirilməsini həyata keçirir.
Yükün siyahısını, hər bir əşyanın təxmini qiymətini və gömrük sənədlərini “ADY Konteyner” MMC-nin əməliyyat şəbəsinə təqdim edir.
Bundan sonra daşınacaq əşyaların həcminə əsasən, konteyner sayı müəyyən edilir və konteynerin ayrılması həyata keçirilir.
Qeyd. MDB ölkələrinə göndərilən ev əşyaları xüsusi endirimli tariflə daşınır.