Konteyner daşımaçılığında multimodal xidmətlərin göstərilməsi

Multimodal xidmətlər logistika sahəsində ən mürəkkəb xidmətlərdən biridir. Multimodal xidmətlər özündə iki və daha çox nəqliyyat növündən istifadəni ehtiva edir. Multimodal daşımaların təşkilində əsas məqsəd, vaxt, maliyyə xərcləri baxımından yükün təhlükəsiz çatdırılması prosesini maksimum optimallaşdırmaqdır.
“ADY Konteyner” MMC-nin əməkdaşları Sizin müraciətiniz əsasında optimal logistik istiqamətləri seçir, əla xidməti təmin edir və daşımanın bütün mərhələlərində yardımlarını əsirgəmirlər.
Konteynerlə multimodal daşımaların təşkili, Sizi gömrük məntəqələrində vaxt itirməkdən azad edir və yükün çadırılmasında “qapı-qapı” xidmətindən yararlanmağa imkan verir.

“ADY Konteyner” MMC Sizə multimodal daşımaların geniş spektrini təqdim edir:
  • Logistik marşrutun rasional seçilməsi;
  • Uyğun nəqliyyat növü ilə təmin edilməsi;
  • Yükləmə\boşaltma işlərinin təşkili;
  • Müxtəlif çatdırılma üsulları;
  • Tam hüquqi müşaiyyət və s.