Optimal marşrutun işlənməsi və daşımaların təşkili keyfiyyətli nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsində vacib elementlərdən biridir. O, bütün mümkün marşrutların müqayisəli analizi nəticəsində yaradılır. Optimal marşrutun işlənməsi zamanı aşağıdakılar nəzərə alınr:

  • Göndərilmə və təyinat məntəqələri
  • Göndərilmə və təyinat məntəqələrində şərtlər
  • Tələb olunan çatdırılma müddəti
  • Daşəmanın qiymətindəki məhdudiyyətlər
  • Əndazələr və daşınana yükün çəkisi
  • Yükün müxtəlif növ nəqliyyat vasitələri ilə daşına bilməsi imkanları
  • Müxtəlif profilli yükdaşıma şirkətləri ilə müqavilə əlaqələrinin mövcudluğu
  • Marşrut boyu yükün müşaiyyət olunması tələbi
  • Üstünlük verilən sərhəd keçidləri və gömrük rəsmiləşdirilməsi
  • Müxtəlif növ yükün buraxılış məntəqələrindən və logistik mərkəzlərdən keçidinə qoyulan məhdudiyyətlər
  • Yükün müxtəlif növ nəqliyyat vasitələri ilə fasiləsiz çatdırıla bilməsi üçün tələb olunan digər məlumatlar
    nəzərə alınır

Optimal marşrut təkcə yükün yükalana vaxtında çatdırılmasına zəmanət vermir, həm də çatdırılmanı etibarlı və tez etməklə, xərclərini kifayət qədər azaldır.
“ADY Konyeyner” şirkətinin əməkdaşları logistik zəncirin əsasını təşkil edən, kifayət qədər mürəkkəb və məsuliyyətli bir iş — optimal marşrutun işlənməsini həyata keçirməklə, Sizin yükünüzü uğurla mənzil başına çatdırmağa yardımçı ola bilərlər.