Hörmətli müştərilər!

 

Bəzən  yükdaşımalar müəyyən itki və ya zədə risqləri ilə müşaiyyət olunur. Düzdür, bəzi qabaqlayıcı tədbirlər görməklə, bu risqləri azaltmaq olar. Lakin fors-major zamanı yükün itirilməsi və ya zədələnməsi  ciddi maliyyə itkilərinə yol aça bilər. Yükünüzün sığortalanması isə maliyyə zərərinin ödənilməsinin zəmanəti ola bilər. Biz sizin yükünüzü sığortalamağa yardımçı ola bilərik.

Sığorta təminatı, baş vermiş hadisə nəticəsində yükə dəymiş ziyan və zərərləri və yaxud onlarla əlaqədar xərcləri əhatə edir. Ziyan və zərərin və yaxud xərclərin miqdarı və mahiyyəti, təminata daxil edilən hadisələr və istisnalar sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi şərtlərə (klozlara) əsasən müəyyən edilir.