Boşaltma əməliyyatı

Konteyner yüklü vaqonlar daşınma sənədləri ilə terminala daxil olur. Vaqonlar və konteynerlər daşınma sənədləri əsasında park növbətçisi tərəfindən qəbul edilir. Konteynerlər vaqonlardan meydançaya boşaldılır.
Daxil olan konteynerlərin sənədləri yük alana verilir və gömrük rəsmiləşdirilməsindən sonra yük yükalana verilir. Yükalan yükü öz ərazisində boşaltdıqda konteyner avtoyükləyici vasitəsilə maşınlara yüklənərək yola salınır və konteyner boşaldıqdan sonra terminala qaytarılır. Konteynerlərdəki yük terminal ərazisində boşaldıqda, yük konteynerdən avtoyükləyici vasitəsiılə maşına yüklənir. Boşalmış konteyner təyinatı üzrə göndərilir.

Yükləmə əməliyyatı

Göndəriləcək yükün yerləşdirilməsi üçün yükün çəkisinə və həcminə görə konteyner ayrılır. Yük konteynerə yüklənir. Yükün düzgün yüklənməsinə və bərkidilməsinə nəzarət olunur. Yük konteynerə yükləndikdən sonra konteyner vaqona qoyulur. Yükün gömrük rəsmiləşdirilməsi yükgöndərən tərəfindən tərtib olunan yükün hesab-fakturası və qaimə əsasında aparılıb, başa çatdırıldıqdan sonra konteyner plomblanaraq, sənədlər daşınma sənədlərinin hazırlanması üçün yük xəzinəsinə verilir.