Blok-qatarlar yükünüzün mənzil başına daha tez çatdırılmasını təmin edən texnologiyadır. “ADY Konteyner” MMC yüklərin sabit cədvəl üzrə hərəkət edən blok- qatarlarla daşınmasını təşkil edir. Blok-qatarlar müştərilər tərəfindən ehtiyata götürülmüş vaqon-yerlərə müvafiq olaraq, vaqon-vaqon və ya qrup göndərişlərindən formalaşdırılır, iri terminallar arasında əvvəlcədən razılaşdırılmış və bütün maraqlı tərəflər üçün əlçatan olan müntəzəm cədvəl üzrə hərəkət edir.