“ADY Konteyner” MMC Batumi Limanından Çinlə Avropanı Orta Dəhliz vasitəsilə birləşdirən yeni xidmətə start verib. ADY Konteyner və ASCO-nun (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) birgə layihəsi çərçivəsində Gürcüstanın Batumi və Rumıniyanın Konstanta limanları arasında fider gəmisi fəaliyyətə başlayır. Konteynerləri Batumidən Konstanta limanına və əks istiqamətdə çatdıracaq gəmi ayda 6 reys həyata keçirəcək. Çin və Avropa arasında yeni dəmiryolu-dəniz əlaqəsi hazırkı mürəkkəb vəziyyətdə təchizat zəncirinin bütövlüyünü təmin edəcək və Çinlə Avropanı Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniya vasitəsilə sürətli və səmərəli xidmətlə birləşdirməyə şərait yaradacaq.