Skip to main content
Xəbərlər

“ADY Konteyner ” MMC-də beynəlxalq ekspert qrupu ilə görüş keçirilib

By Oktyabr 28, 2022No Comments

“ADY Konteyner” MMC-də Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində qəbul edilmiş “CAREC Nəqliyyat Strategiyası 2030” sənədinin səmərəli icrası məqsədi ilə ölkəmizə səfər edən beynəlxalq ekspert qrupu ilə görüş keçirilib.

Qonaqlar Orta dəhlizlə konteynerlərlə yükdaşımaların həcmi, dəhlizin imkanlarının artırılması istiqamətində atılan addımlarla maraqlanıblar. Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə həyata keçirilən daşımaların həcminin daha da artırılması, regionun tranzit potensialı ilə bağlı fikir mübadiləsi aparılıb.