Skip to main content
Uncategorized

“ADY Konteyner” şirkəti XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində iştirak edir

By İyun 11, 2018İyul 7th, 2021No Comments

Bakıda XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018) sərgisi işinə başlayıb. Sərgi Xəzər regionunda aparıcı nəqliyyat tədbirlərindən biridir. Bu il “TransCaspian/Translogistica” sərgisində dünyanın 15 ölkəsini təmsil edən 85 şirkət iştirak edir. Sərgidə “Azərbaycan Dəmir Yolları” QSC və onun törəmə şirkətləri – “ADY Konteyner MMC və “ADY Ekspres” MMC birgə stendlə çixiş edirlər. Tədbirdə  Orta Koridor və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri, Bakı-Tbilisi-Qars və Astara(Azərbaycan)-Astara(İran) nəhəng nəqliyyat layihələri sərgi iştirakçılara təqdim edildi. Hazırda dünyada tranzit daşımalarda əsas tərəfdaş kimi qəbul edilən Azərbaycanın bu sahədəki imkanlarını nümayiş etdirən “ADY”, “ADY Express” və “ADY Container” əməkdaşları, ölkənin Avropa ilə Asiya arasında əsas əlaqələndirici məntəqəyə çevrilməsi haqda ziyarətçilərə məlumatlar çatdırıblar. Dəmir yolu daşımalarında yeni tərəfdaşlarla danışıqlar aparılaraq, yüklərin Azərbaycanın tranzit marşrutlarına cəlb olunması istiqamətində əməli tədbirlərin görülməsi məsələsi ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “TransCaspian/Translogistica – 2018″ sərgisi İyunun 11-13 tarixlərində, 3 gün ərzində BakuExpo mərkəzində işini davam etdirəcək.

Leave a Reply