Skip to main content
Uncategorized

“ADY Konteyner” şirkəti “Logitrans-2017” sərgisində iştirak edir

By Noyabr 16, 2017İyul 7th, 2021No Comments

“ADY Konteyner” şirkətinin nümayəndələri Türkiyənin İstanbul şəhərində təşkil edilən  “Logitrans” Beynəlxalq Nəqliyyat və Logistika Sərgisində iştirak edir. Noyabrın 15 – dən 17 – dək davam edəcək sərgiyə 30 – a yaxın  ölkədən 180 iştirakçı qatılıb. Tədbirdə nəqliyyat sahəsində çalışan iri şirkətlər, yükdaşımalar və loqistika üzrə  kompaniyalar öz xidmətlərini təqdim edirlər.

 

Sərgidə “ADY Konteyner” MMC-nin nümayəndələri müxtəlif şirkətlərlə ikitərəfli görüşlər keçirmiş, mövcud yükdaşımalar və potensial əməkdaşlıq əlaqələrini müzakirə etmişlər. Danışıqlar zamanı Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutlarına əlavə yüklərin cəlb olunması üçün yeni tərəfdaşların qazanılması diqqət mərkəzində olub.

 

 

Tədbir  çərçivəsində nəqliyyat və logistika üzrə müxtəlif mövzulara həsr olunmuş konfrans da  təşkil edilib. “ADY Konteyner” şirkətinin nümayəndələri konfrasın  işində fəal iştirak ediblər. Avropa ilə Asiya arasında yüklərin nəql edilməsində Azərbaycan dəmir yollarının rolu və ölkəmizin  ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üstünlükləri haqqında iştirakçılara məlumat veriblər. Tədbir İstanbul Sərgi Mərkəzində keçirilir. Sərgiyə 50 ölkədən 15 minə yaxın ziyarətçinin qatılacağı gözlənilir.

Leave a Reply