Skip to main content

Güvənli və vaxta qənaət edən xidmətlərimizdən yararlanın.

Xidmətlər

Multimodal xidmətlər

Multimodal xidmətlər özündə iki və daha çox nəqliyyat növündən istifadəni ehtiva edir.

Konteyner daşımaçılığında multimodal xidmətlərin göstərilməsi
Multimodal xidmətlər logistika sahəsində ən mürəkkəb xidmətlərdən biridir. Multimodal xidmətlər özündə iki və daha çox nəqliyyat növündən istifadəni ehtiva edir. Multimodal daşımaların təşkilində əsas məqsəd, vaxt, maliyyə xərcləri baxımından yükün təhlükəsiz çatdırılması prosesini maksimum optimallaşdırmaqdır.

“ADY Konteyner” MMC-nin əməkdaşları Sizin müraciətiniz əsasında optimal logistik istiqamətləri seçir, əla xidməti təmin edir və daşımanın bütün mərhələlərində yardımlarını əsirgəmirlər.
Konteynerlə multimodal daşımaların təşkili, Sizi gömrük məntəqələrində vaxt itirməkdən azad edir və yükün çadırılmasında “qapı-qapı” xidmətindən yararlanmağa imkan verir.

“ADY Konteyner” MMC Sizə multimodal daşımaların geniş spektrini təqdim edir:

  • Logistik marşrutun rasional seçilməsi;
  • Uyğun nəqliyyat növü ilə təmin edilməsi;
  • Yükləmə\boşaltma işlərinin təşkili;
  • Müxtəlif çatdırılma üsulları;
  • Tam hüquqi müşaiyyət və s.
Xidmətlər

Daşıma sənədləri

Sənədləşmə əməliyyatlarının təşkili

Hesab – faktura və digər sənədlər yük xəzinəsinə verilir.
Həmin sənədlər əsasında yükün dəmiryolu vasitəsilə daşınması üçün beynəlxalq daşıma sənədləri (SMQS) tərtib olunur.
Bununla da sənədləşmə əməliyyatı tam başa çatdırılaraq, yük daşınmaya qəbul edilir.
Yük daşınma sənədləri ilə təyinatı üzrə göndərilir.
Xidmətlər

Uzun məsafəli blok – qatarlar

Blok-qatarlar yükünüzün mənzil başına daha tez çatdırılmasını təmin edən texnologiyadır.

Blok-qatarlar yükünüzün mənzil başına daha tez çatdırılmasını təmin edən texnologiyadır. “ADY Konteyner” MMC yüklərin sabit cədvəl üzrə hərəkət edən blok- qatarlarla daşınmasını təşkil edir. Blok-qatarlar müştərilər tərəfindən ehtiyata götürülmüş vaqon-yerlərə müvafiq olaraq, vaqon-vaqon və ya qrup göndərişlərindən formalaşdırılır, iri terminallar arasında əvvəlcədən razılaşdırılmış və bütün maraqlı tərəflər üçün əlçatan olan müntəzəm cədvəl üzrə hərəkət edir.
Xidmətlər

Gömrük – brokeri

Bizim Bakı, Sumqayıt və Gəncədə yerləşən dəmir yolu terminallarında anbarlarımız fəaliyyət göstərir.

Konteynerlərin anbarlarda saxlanılması

Gömrük prosedurları zamanı konteynerlərinizi bizim anbarlarda saxlaya bilərsiniz. Bizim Bakı, Sumqayıt və Gəncədə yerləşən dəmir yolu terminallarında anbarlarımız fəaliyyət göstərir. Siz sadəcə, konteynerinizin terminalımıza daxil olması barədə məlumat verin, biz isə həmin konteyneri “ADY Konteyner”ə məxsus mavəqqəti saxlanma anbarlarinda yerləşdirək.

  • Bakı Terminalı – sahəsi 10 ha
  • Sumqayıt Terminalı – sahəsi 10 ha
  • Gəncə Terminalı — sahəsi 10 ha

Gömrük-broker xidmətləri

Biz sizə yüklərinizin gömrük rəsmiləşdirilməsi zamanı yardım edə bilərik. Gömrüklə bağlı bütün rəsmiyyəti bizə həvalə edin. Beynəlxalq iqtisadi münasibətlər sahəsində ixtisaslaşan mütəxəssislərimiz bu işdə sizə hüquqi yardım göstərə bilərlər.

Xidmətlər

Optimal marşrutlar

Optimal marşrut yükün yükalana vaxtında çatdırılmasına zəmanət verir

Optimal marşrutun işlənməsi və daşımaların təşkili keyfiyyətli nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsində vacib elementlərdən biridir. O, bütün mümkün marşrutların müqayisəli analizi nəticəsində yaradılır. Optimal marşrutun işlənməsi zamanı aşağıdakılar nəzərə alınr:

  • Göndərilmə və təyinat məntəqələri
  • Göndərilmə və təyinat məntəqələrində şərtlər
  • Tələb olunan çatdırılma müddəti
  • Daşəmanın qiymətindəki məhdudiyyətlər
  • Əndazələr və daşınana yükün çəkisi
  • Yükün müxtəlif növ nəqliyyat vasitələri ilə daşına bilməsi imkanları
  • Müxtəlif profilli yükdaşıma şirkətləri ilə müqavilə əlaqələrinin mövcudluğu
  • Marşrut boyu yükün müşaiyyət olunması tələbi
  • Üstünlük verilən sərhəd keçidləri və gömrük rəsmiləşdirilməsi
  • Müxtəlif növ yükün buraxılış məntəqələrindən və logistik mərkəzlərdən keçidinə qoyulan məhdudiyyətlər
  • Yükün müxtəlif növ nəqliyyat vasitələri ilə fasiləsiz çatdırıla bilməsi üçün tələb olunan digər məlumatlar
    nəzərə alınır

Optimal marşrut təkcə yükün yükalana vaxtında çatdırılmasına zəmanət vermir, həm də çatdırılmanı etibarlı və tez etməklə, xərclərini kifayət qədər azaldır.
“ADY Konyeyner” şirkətinin əməkdaşları logistik zəncirin əsasını təşkil edən, kifayət qədər mürəkkəb və məsuliyyətli bir iş — optimal marşrutun işlənməsini həyata keçirməklə, Sizin yükünüzü uğurla mənzil başına çatdırmağa yardımçı ola bilərlər.

Xidmətlər

Qapıdan qapıya

Yükünüzü istədiyiniz vaxtda və həftənin istənilən günü, istənilən məntəqəyə çatdırmağa hazırıq

Çevik yanaşma və hər bir müştəri üçün individual həll yolu ilə, yükünüzü istədiyiniz vaxtda və həftənin istənilən günü, istənilən məntəqəyə çatdırmağa hazırıq. Çatdırılma “ADY Konteyner” MMC-nin Bakı Terminalında fəaliyyət göstərən nəqliyyat şirkəti ilə həyata keçiriləcək ki, bu da prosesin etibarlı və tez həyata keçirilməsinə şərait yaradacaq.

Daşınma idarəetmənin tək nöqtəli həlli

Daşəmalar üçün lazım olan hər şeyi asanlaşdırdıq. Qiymət əldə edin, göndərmə etiketləri yaradın, mallarınızı izləyin və daha çox!

Bütün xidmətlər

Moving Goods While Doing Good.

Avtomobillərin atmosferə atdığı zərərli maddələrin payı 981,9 ton olduğunu göstərir. Təhlükəli və çirkləndirici maddələrin tərtibatı 56,3% karbohidrogenlər, 13,0% karbon monoksit, 12,2% kükürd anhidrid, 9,7% azot oksidi və digər kimyəvi maddələrdən ibarətdir. Yük dəmir yolu nəqliyyatı ilə havanın çirklənməsi ölkədə 1% -ə belə çatmayacaq.

Dəmiryolları eqoist bir nəqliyyat növü olaraq və bu, dəmir yollarının nəqliyyatda həcminin artırılmasını zəruri edir.

Ən çox verilən suallarınızı cavablandırmaq üçün buradayıq

Yükün konteyner terminalına çatıb-çatmaması haqqında məlumatı necə əldə edə bilərəm?

Müştəri bu barədə “ADY Konteyner” MMC – nin əməliyyat şöbəsinə sorğu göndərir. Sorğuya əsasən müştəriyə məlumat verilir.

Yükün “ADY Konteyner” MMC-dən götürülməsi üçün hansı sənədləri təqdim etməliyəm?

Yükün “ADY Konteyner” MMC-dən götürülməsi üçün təhvil alan şəxsin adına etibarnamə, şəxsiyyət vəsiqəsi və “Azərbaycan Dəmir Yolları” QSC-dən maliyyə kodu təqdim edilməlidir.

Yük nə vaxt təhvil verilir?

Yük sənədləşmə tam başa çatdıqdan və göstərilən xidmətlərə görə ödənişlər tam yerinə yetirildikdən sonra yük sahibinin səlahiyyətli nümayəndəsinə təhvil verilir

Daşımanın təşkili üçün hansı sənədlər lazımdır?

Cavab: Daşmanın təşkili üçün aşağıda göstərilən sənədlər lazımdır:
a) ADY Konteyner şirkəti və müştəri arasında imzalanmış müqavilə
b) Yükün sənədlərinin SCAN nüsxələri (BL sənədi, invoyslar, sertifikatlar)

Daşımanın ödəmə şərtləri hansılardır?

Daşımanın ödəməsi əvvəlcədən  yerinə yetirilməlidir. Ödəmə bank köçürməsi vasitəsi ilə həyata keçirilə bilər.

Yükün sənədlərinin əsli kimə göndərilməlidir?

Yükün sənədlərinin əsli, yükün hesab-fakturası (invoice)  ADY Konteyner şirkətinin tərəfdaş şirkətinə  və  dəniz xətti sənədi (BL) dəniz xəttinin  Bakıdakı nümayəndəliyinə göndərilməlidir.

Yükün tranzit vaxtı neçə gün təşkil edir?

Yükün tranzit vaxtı yükün hansı marşrut üzrə hərəkət etməsindən aslıdır.

Yükün terminalda qalma müddəti necə hesablanır?

Yük terminala daxil olan gündən onun terminalda qalma müddəti hesablanır.
Yük terminalda 5 gün ödənişsiz qala bilər. Artıq 6-cı gündən başlayaraq  terminalda qalma günləri hesablanır.

Qiymət və çatdırılma seçimlərini görmək üçün sürətli təklifə ehtiyacınız var?