Skip to main content
Uncategorized

Azərbaycan və Özbəkistanın nəqliyyat nazirliklərinin və dəmir yolları operatorlarının nümayəndələri arasında iclas keçirilib

By Sentyabr 15, 2022No Comments

Sentyabr ayının 14-də Bakıda Azərbaycan və Özbəkistanın nəqliyyat nazirliklərinin və dəmir yolları operatorlarının nümayəndələri arasında iclas keçirilib.

Toplantıda iki ölkə arasında dəmir yolları vasitəsilə yükdaşımaların hazırkı vəziyyəti, yükdaşımaların həcminin və sürətinin artırılması istiqamətində birgə addımlar müzakirə edilib.

Görüş zamanı yüklərin daşınması zamanı ortaya çıxan problemlərin operativ həllinin sürətləndirilməsi istiqamətində səylərin birləşdirilməsi, yükdaşımalar zamanı səmərəliyin artırılması barədə fikir mübadiləsi aparılıb.