Skip to main content
Uncategorized

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk yük qatarı Qarsa çatıb

By Noyabr 3, 2017İyul 8th, 2021No Comments

Xəbəri Türkiyənin “Sabah” qəzeti yayıb. Bununla bağlı təşkil olunan mərasimdə “Türkiyə Cümhuriyyəti Dövlət Dəmiryolları” (TCDD) baş direktoru Veysi Kurt iştirak edib. Bildirib ki, qatar 856 kilometrlik yolu 40 saata qət edib. Mərsinə qədər olan 258 kilometrlik məsafənin də 40 saat müddətində qət edilməsi planlaşdırılır. Taxılla yüklənmiş 30 konteynerdən ibarət qatar Qazaxıstandan oktyabrın 24-də çıxıb.
Qeyd edək ki, oktyabrın 30-da BTQ dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Leave a Reply