Skip to main content
Uncategorized

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib

By Mart 29, 2018İyul 7th, 2021No Comments

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.

Forumda Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib. Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində yaradılan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıblar. Sonra dövlət başçılarına videoçarx əsasında bu müəssisənin fəaliyyəti və istehsal prosesi barədə məlumat verilib.

Daha sonra Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub. Videoçarxda İran ərazisində Azərbaycan Dəmir Yollarının Astara terminalı haqqında məlumat verilib. Dövlət başçıları biznes forumda nitq söyləyiblər.

Daha sonra biznes forum, Azərbaycan və İran işgüzar dairələrinin iştirakı ilə danışıqlar formatında işini davam etdirib. Ikitərəfli görüşlərdə “ADY Konteyner” şirkətinin nümayəndələri də iştirak ediblər.

Leave a Reply