Skip to main content
Uncategorized

BTQ-də yük qatarlarının hərəkətinin təşkili və idarəetmə rejimi yoxlanılır

By Dekabr 7, 2017İyul 7th, 2021No Comments

Bakı-Tbilisi-Qars dəmir yolunun Marabda-Kartsaxi, Marabda-Axalkalaki sahəsində yük qatarlarının hərəkətinin təşkili, qatarların hazırlığı və idarəetmə rejimini müəyyən edilməsi üçün, “Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin təhlukəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifovun rəhbərliyi və “Ukrayna investisiya-konsaltinq” şirkətinin və Dnepropetrovsk Dəmir Yolu Mühəndisləri İnstitutunun alim mütəxəssislərinin iştirakı ilə sınaqlar keçirilib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Bu sınaqlar zamanı müxtəlif çəkili qatarlar 6 dəfə ( hər dəfə çəkisi artırılmaqla) Marabdadan Axalkalakiyə göndərilib. Bu proseslərdə qatarın hərəkətinin 32 parametri (dinamik xüsusiyyəti, sürəti, əyləc kolotkalarının qızması və s.) yoxlanılıb. Sınaqlar zamanı Tbilisi lokomotiv deposunun 14 nəfərdən ibarət lokomotiv briqdaları (maşinist-təlimatçılar, maşinistlər) fəal iştirak ediblər.

 

Sınaqlardan sonra keçirilən müşavirədə nəticələr müzakirə olunub və Tbilisi lokomotiv deposunun 14 nəfərdən ibarət lokomotiv briqdaları “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyi adından müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, bu sınaqlar gələcəkdə qatarların təhlükəsiz hərəkətinin və yük həcminin etibarlı təşkilinə hesablanıb.

Leave a Reply