Skip to main content
Uncategorized

BTQ ilə 15 mininci konteyner daşınıb

By Dekabr 14, 2020İyul 5th, 2021No Comments

Bakı -Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb.
15 mininci konteyner Türkmənistan – Türkiyə marşrutu ilə hərəkət edən  qatarın tərkibində olub.
40 futluq konteyner Türkmənbaşı limanından operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti –  “ADY Konteyner” olan “Silver Star”fider gəmisi vasitəsilə Bakı limanına çatdırılıb. Daha sonra  ölkəmizin ərazisindən keçərək Gürcüstanın Axalkalaki stansiyasına, oradan isə Türkiyəyə yola salınıb.
15 mininci konteynerlə Türkiyəyə polipropilen daşınıb. Daşımanı  “ADY Konteyner” şirkəti həyata keçirib.

2017-ci il oktyabrın 30-da istifadəyə verilən BTQ ilə yükdaşımaların həcmi durmadan artır. Belə ki, indiyədək bu dəmir yolu ilə ümumilikdə 21 260 TEU konteyner daşınıb. Bu ilin əvvəlindən isə bu rəqəm 10 779 TEU olub.

 

Leave a Reply