Skip to main content
Xəbərlər

CASCA+ marşrutu ilə Özbəkistandan Avropaya gedən ilk konteyner qatarı Bakıya çatıb

By Dekabr 27, 2022No Comments

“Asiya-Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu əsasında yaradılan CASCA + multimodal nəqliyyat marşrutu ilə ilk dəfə olaraq Özbəkistandan Avropaya yola salınan konteyner blok qatarı Bakıya çatıb.

Konteynerlər Türkmənbaşı limanından Bakı limanına operatoru “ADY Konteyner” MMC olan “Balkan” fider gəmisi vasitəsilə çatdırılıb.

Mis konsentrantı ilə yüklənmiş qatar Bakıdan Bolqarıstanın Burqas limanına göndəriləcək.

Blok qatar hər biri 20 futluq olmaqla 91 konteynerdən ibarətdir.

Konteyner qatarı uzunluğu 4000 km-dən çox olan “Özbəkistan – Türkmənistan – Azərbaycan – Gürcüstan – Bolqarıstan/Avropa” marşrutu üzrə hərəkət edəcək.

Layihə marşrutun opetarorları olan “Oztemiryolkonteyner” AC (Özbəkistan), “TULM” ASC (Türkmənistan), “ADY Konteyner MMC” (Azərbaycan) və “GR Logistics and Terminals”ın (Gürcüstan) birgə  əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Multimodal nəqliyyat layihəsi olan CASCA+ (Mərkəzi Asiya, Cənubi Qafqaz və Anadolu) Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan dövlət dəmir yollarının birgə təşəbbüsüdür.