Paletlər

Bu gün dünyada qablaşdırma sənayenin vacib və ayrılmaz hissəsinə çevrilib. Malların təhlükəsiz daşınmasına olan tələbatın artması paletlərə də tələbatı artırır. Paletlər bütün növ mallara asanlıqla forkliftə çıxışı təmin edən daşıma və saxlama sistemidir. Paletlər müxtəlif olur. Ən çox yayılmış növləri metaldan, taxta və plastik materiallardan olan paletlərdir. Daşımalarda daha çox taxta paletlərə üstünlük verilir.

Taxta paletlər

Taxta paletlərin istifadəsi geniş yayılmışdır və əsasən aşağıda təsvir olunan beş modeldə hazırlanır. 800 x 1200 mm -lik palet ən çox istifadə edilən palet ölçüsü olmasına baxmayaraq, 1000 x 1200 mm və 1200 x 1200 mm paletləri daxil digər ölçülər də var. Yükün növünə görə, xüsusən də istehlak məhsullarının paylandığı sektorda 600 x 800 mm-lik paletlərə də tez -tez rast gəlinir və Avro paletinin yarısı böyüklüyündə olduğu üçün yarım palet adlandırılır. Ağırlığa gəldikdə, bir avro-palet təxminən 25 kq ağırlığındadır və 1,5 tona qədər yüklərə davamlıdır.
Bu paletin istifadəsi ilə əlaqədar bir çox üstünlükləri var. Hər hansı bir anbar sistemində, avtomatik və yüksək raf (high stack) anbarlarında və yük maşınlar üçün bu palet idealdır. Forklift və ya digər yükləmə avadanlığı ilə məhdudiyyət olmadan idarə oluna bilər. Əlavə olaraq avto-paletin ölçüləri (800 x 1200 mm) bir çox standart ölçülü plastik və kağız qutuları özündə birləşdirir ki, bu da mal və məhsulların qruplaşdırılmasını asanlaşdırır.

Taxta avro-paletin (800 x 1200 mm) xüsusiyyətləri

Ölçülər istəyə görə dəyişə bilər
İstehsal materialları: İynəyarpaqlı və ya şam ağacları, yumşaq ağac, sərt ağac
Lövhələr: 11
Bloklar: 9
Uzunluq: 800 mm
En: 1200 mm
Hündürlük: 144 mm
Çəkisi: təqribən 25 kq
Təhlükəsiz iş yükü: 1500 kq
Maksimum əlavə yük: yığma zamanı 4.000 kq
Sol blokda EPAL, DB və ya EUR identifikasiyası logosu (avro-palet)

Taxta paletlərin üstünlüklərinə aşağıdakılar daxildir

Ücüz qiymət: İstehsalının asan olması səbəbindən daha üçüz qiymət – təxminən 15 avrodan başlayaraq
Ekoloji cəhətdən təmiz: 100 % təkrar istifadə və ya emal edilə bilən material
Praktik: forklift və ya palet yük avadanlıqını istifadə edərək hər dörd tərəfdən götürülə bilər
Sadə təmir və qulluq: Metal və plastik palet növləri ilə müqayisədə taxta paletlər asanlıqla təmir edilə bilər. Əksər hallarda təmir yalnız bir çəkic və bir neçə mıxla edilə bilər
Digər materiallardan daha yaxşı sürtünmə: Taxta paletlərlə əlaqəli ən diqqətəlayiq üstünlüklərdən biri, demək olar ki, bütün səthlərdə yüksək sürtünmədir. Bu cür sürtünmə, bu paletlərin daşınma zamanı mallarla sürüşmədən yerində qalmasına kömək edir.
Mübadilə asanlıqı: geniş dövriyyəsi sayəsində mübadilə etmək asandır çünki ekspeditor və ya daşıyıcı avro paletlərə yüklənmiş malları çatdırır və öz növbəsində eyni sayda boş palet geri alır.

Taxta avro-paletin (1000 x 1200 mm) xüsusiyyətləri

Ölçülər istəyə görə dəyişə bilər
İstehsal materialları: taxta – şam ağaci
Lövhələr: 13
Bloklar: 9
Ölçülər istəyə görə dəyişə bilər
Uzunluq: 1000 mm
Genişlik: 1200 mm
Hündürlük: 166 mm
Çəkisi: təqribən 30 kq
Təhlükəsiz iş yükü: 1000 kq
Maksimum əlavə yük: (üst-üstə) yığma zamanı 4.000 kq
Sol blokda EPAL, DB və ya EUR identifikasiyası logosu (avro-palet)