Logistika və ətraf mühitə zərər verməyən logistik həllər

Xidmətlər

Multimodal xidmətlər

Multimodal xidmətlər özündə iki və daha çox nəqliyyat növündən istifadəni ehtiva edir.

Konteyner daşımaçılığında multimodal xidmətlərin göstərilməsi
Multimodal xidmətlər logistika sahəsində ən mürəkkəb xidmətlərdən biridir. Multimodal xidmətlər özündə iki və daha çox nəqliyyat növündən istifadəni ehtiva edir. Multimodal daşımaların təşkilində əsas məqsəd, vaxt, maliyyə xərcləri baxımından yükün təhlükəsiz çatdırılması prosesini maksimum optimallaşdırmaqdır.

“ADY Konteyner” MMC-nin əməkdaşları Sizin müraciətiniz əsasında optimal logistik istiqamətləri seçir, əla xidməti təmin edir və daşımanın bütün mərhələlərində yardımlarını əsirgəmirlər.
Konteynerlə multimodal daşımaların təşkili, Sizi gömrük məntəqələrində vaxt itirməkdən azad edir və yükün çadırılmasında “qapı-qapı” xidmətindən yararlanmağa imkan verir.

“ADY Konteyner” MMC Sizə multimodal daşımaların geniş spektrini təqdim edir:

  • Logistik marşrutun rasional seçilməsi;
  • Uyğun nəqliyyat növü ilə təmin edilməsi;
  • Yükləmə\boşaltma işlərinin təşkili;
  • Müxtəlif çatdırılma üsulları;
  • Tam hüquqi müşaiyyət və s.
Xidmətlər

Daşıma sənədləri

Bununla da sənədləşmə əməliyyatları

Hesab – faktura və digər sənədlər yük xəzinəsinə verilir.
Həmin sənədlər əsasında yükün dəmiryolu vasitəsilə daşınması üçün beynəlxalq daşıma sənədləri (SMQS) tərtib olunur.
Bununla da sənədləşmə əməliyyatı tam başa çatdırılaraq, yük daşınmaya qəbul edilir.
Yük daşınma sənədləri ilə təyinatı üzrə göndərilir.
Xidmətlər

Xususi tariflər

MDB ölkələrinə göndərilən ev əşyaları xüsusi endirimli tariflə daşınır.

Ev əşyalarını xaricə göndərmək istəyən fiziki şəxs, əvvəlcə yükü göndərənin və təyinat məntəqəsində yükü qəbul edəcək şəxsin şəxsiyyətini təsdiq edən sənədlərin surətini “ADY Konteyner” MMC-yə təqdim edir. Daha sonra daşınacaq əşyaların gömrük rəsmiləşdirilməsini həyata keçirir.

Yükün siyahısını, hər bir əşyanın təxmini qiymətini və gömrük sənədlərini “ADY Konteyner” MMC-nin əməliyyat şəbəsinə təqdim edir.
Bundan sonra daşınacaq əşyaların həcminə əsasən, konteyner sayı müəyyən edilir və konteynerin ayrılması həyata keçirilir.

Qeyd. MDB ölkələrinə göndərilən ev əşyaları xüsusi endirimli tariflə daşınır.

Xidmətlər

Fitinq platformaları

Fitinq platformalarının seçilməsi və ayrılması üzrə xidmətlər

“ADY Konteyner” MMC yük sahiblərinə və nəqliyyat-ekspeditor şirkətlərinə, onların ehtiyaclarına uyğun olaraq, fitinq platformalarının seçilməsi və ayrılması üzrə xidmətlər göstərir. Fitinq platformaları müştərinin sifariş verdiyi vaxtda və yerdə, konteynerlərin yüklənərək, tələb olunan təyinat məntəqəsinə çatdırılmasi üçün təqdim edilir.
Xidmətlər

Onlayn İzləmə

Mallarınızı onlayn izləyin! dünya miqyasında!

On-time maintenance and repair work can lead to a significant extension of the module’s life, thus saving money from purchasing a new container.
Xidmətlər

Uzun məsafəli blok – qatarlar

Blok-qatarlar yükünüzün mənzil başına daha tez çatdırılmasını təmin edən texnologiyadır.

Blok-qatarlar yükünüzün mənzil başına daha tez çatdırılmasını təmin edən texnologiyadır. “ADY Konteyner” MMC yüklərin sabit cədvəl üzrə hərəkət edən blok- qatarlarla daşınmasını təşkil edir. Blok-qatarlar müştərilər tərəfindən ehtiyata götürülmüş vaqon-yerlərə müvafiq olaraq, vaqon-vaqon və ya qrup göndərişlərindən formalaşdırılır, iri terminallar arasında əvvəlcədən razılaşdırılmış və bütün maraqlı tərəflər üçün əlçatan olan müntəzəm cədvəl üzrə hərəkət edir.
Xidmətlər

Gömrük – brokeri

Bizim Bakı, Sumqayıt və Gəncədə yerləşən dəmir yolu terminallarında anbarlarımız fəaliyyət göstərir.

Konteynerlərin anbarlarda saxlanılması

Gömrük prosedurları zamanı konteynerlərinizi bizim anbarlarda saxlaya bilərsiniz. Bizim Bakı, Sumqayıt və Gəncədə yerləşən dəmir yolu terminallarında anbarlarımız fəaliyyət göstərir. Siz sadəcə, konteynerinizin terminalımıza daxil olması barədə məlumat verin, biz isə həmin konteyneri “ADY Konteyner”ə məxsus mavəqqəti saxlanma anbarlarinda yerləşdirək.

  • Bakı Terminalı – sahəsi 10 ha
  • Sumqayıt Terminalı – sahəsi 10 ha
  • Gəncə Terminalı — sahəsi 10 ha

Gömrük-broker xidmətləri

Biz sizə yüklərinizin gömrük rəsmiləşdirilməsi zamanı yardım edə bilərik. Gömrüklə bağlı bütün rəsmiyyəti bizə həvalə edin. Beynəlxalq iqtisadi münasibətlər sahəsində ixtisaslaşan mütəxəssislərimiz bu işdə sizə hüquqi yardım göstərə bilərlər.

Xidmətlər

Yükləmə / Boşaltma

Boşaltma və Yükləmə əməliyyatları

Boşaltma əməliyyatı

Konteyner yüklü vaqonlar daşınma sənədləri ilə terminala daxil olur. Vaqonlar və konteynerlər daşınma sənədləri əsasında park növbətçisi tərəfindən qəbul edilir. Konteynerlər vaqonlardan meydançaya boşaldılır.
Daxil olan konteynerlərin sənədləri yük alana verilir və gömrük rəsmiləşdirilməsindən sonra yük yükalana verilir. Yükalan yükü öz ərazisində boşaltdıqda konteyner avtoyükləyici vasitəsilə maşınlara yüklənərək yola salınır və konteyner boşaldıqdan sonra terminala qaytarılır. Konteynerlərdəki yük terminal ərazisində boşaldıqda, yük konteynerdən avtoyükləyici vasitəsiılə maşına yüklənir. Boşalmış konteyner təyinatı üzrə göndərilir.

Yükləmə əməliyyatı

Göndəriləcək yükün yerləşdirilməsi üçün yükün çəkisinə və həcminə görə konteyner ayrılır. Yük konteynerə yüklənir. Yükün düzgün yüklənməsinə və bərkidilməsinə nəzarət olunur. Yük konteynerə yükləndikdən sonra konteyner vaqona qoyulur. Yükün gömrük rəsmiləşdirilməsi yükgöndərən tərəfindən tərtib olunan yükün hesab-fakturası və qaimə əsasında aparılıb, başa çatdırıldıqdan sonra konteyner plomblanaraq, sənədlər daşınma sənədlərinin hazırlanması üçün yük xəzinəsinə verilir.

Xidmətlər

Təmir və bərpa

Konteynerlərin təmiri və bərpası

Konteynerlə daşıma – istənilən yükün istənilən məsafəyə çatdırmaq üçün prioritet variantdlr. Konteynerin metaldan olan örtüyü yükü müxtəlif zərbələrdən, ətraf mühitin zərərli təsirlərindən etibarlı şəkildə qoruyur. Lakin konstruksiyanın möhkəmliyi və uzunömürlüyünə baxmayaraq, müntəzəm yüklənmə, aşirmalar və digər xarici faktorlar konteynerə mənfi təsir göstərməklə, deformasiya, korroziya və örtüyün zədələnməsinə yol açır.

Vaxtnda göstərilən texniki xidmət və təmir işləri isə modulun ömrünün əhəmiyyətli dərəcədə uzanmasına gətirib çıxarır, bununla da yeni konteynerin alınması üçün vəsaiti qənaət etməyə imkan verir.

“ADY Konteyner” MMC müştərilərinə konteynerlərin təmiri və bərpası xidməti də göstərir. İşlər bu işdə təcrübəsi olan yüksək ixtisaslı ustalar tərəfindən həyata keçirilir. İşlər başa çatdıqdan sonra Sizin konteyneriniz tam yeni görkəm alır.

Xidmətlər

Onlayn Xidmətlər

-add text

Dear customers!

Occasionally, shipments are associated with certain risks of injury or loss. True, these risks can be lowered by taking some preventive measures. However, the loss or damage of a cargo during a force majeure can lead to serious financial losses. Insurance of your cargo can be a guarantee of financial compensation. We can help insure your cargo.

Insurance policy covers losses, damages or related costs incurred as a result of an accident. The amount and nature of damages and losses or expenses, incidents and exceptions to the guarantee are determined on the basis of special conditions (clauses), which are included in the insurance certificate.

Xidmətlər

Optimal marşrutlar

Optimal marşrut yükün yükalana vaxtında çatdırılmasına zəmanət verir

Optimal marşrutun işlənməsi və daşımaların təşkili keyfiyyətli nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsində vacib elementlərdən biridir. O, bütün mümkün marşrutların müqayisəli analizi nəticəsində yaradılır. Optimal marşrutun işlənməsi zamanı aşağıdakılar nəzərə alınr:

  • Göndərilmə və təyinat məntəqələri
  • Göndərilmə və təyinat məntəqələrində şərtlər
  • Tələb olunan çatdırılma müddəti
  • Daşəmanın qiymətindəki məhdudiyyətlər
  • Əndazələr və daşınana yükün çəkisi
  • Yükün müxtəlif növ nəqliyyat vasitələri ilə daşına bilməsi imkanları
  • Müxtəlif profilli yükdaşıma şirkətləri ilə müqavilə əlaqələrinin mövcudluğu
  • Marşrut boyu yükün müşaiyyət olunması tələbi
  • Üstünlük verilən sərhəd keçidləri və gömrük rəsmiləşdirilməsi
  • Müxtəlif növ yükün buraxılış məntəqələrindən və logistik mərkəzlərdən keçidinə qoyulan məhdudiyyətlər
  • Yükün müxtəlif növ nəqliyyat vasitələri ilə fasiləsiz çatdırıla bilməsi üçün tələb olunan digər məlumatlar
    nəzərə alınır

Optimal marşrut təkcə yükün yükalana vaxtında çatdırılmasına zəmanət vermir, həm də çatdırılmanı etibarlı və tez etməklə, xərclərini kifayət qədər azaldır.
“ADY Konyeyner” şirkətinin əməkdaşları logistik zəncirin əsasını təşkil edən, kifayət qədər mürəkkəb və məsuliyyətli bir iş — optimal marşrutun işlənməsini həyata keçirməklə, Sizin yükünüzü uğurla mənzil başına çatdırmağa yardımçı ola bilərlər.

Xidmətlər

Qapıdan qapıya

Yükünüzü istədiyiniz vaxtda və həftənin istənilən günü, istənilən məntəqəyə çatdırmağa hazırıq

Çevik yanaşma və hər bir müştəri üçün individual həll yolu ilə, yükünüzü istədiyiniz vaxtda və həftənin istənilən günü, istənilən məntəqəyə çatdırmağa hazırıq. Çatdırılma “ADY Konteyner” MMC-nin Bakı Terminalında fəaliyyət göstərən nəqliyyat şirkəti ilə həyata keçiriləcək ki, bu da prosesin etibarlı və tez həyata keçirilməsinə şərait yaradacaq.
Xidmətlər

Depolama və anbar xidmətləri

Organizing, maintaining or expanding your own warehouse is a huge expense, and it’s not always justified

Şəxsi anbarınızın təşkili, saxlanılması və ya genişləndirilməsi böyük xərc tələb edir və bu, heç də həmişə özünü doğrultmur. Bizim anbar xidmətlərindən istifadə edin və bütün problemləru unudun!

Anbarlar – logistik zəncirin bir halqası olmaqla, müəyyən struktura və müxtəlif funksiyalara malik mürəkkəb bir elementdir. “ADY konteyner” MMC-də müasir logistikanın bütün aspektlərini mükəmməl bilən mütəxəssislər çalışır və onlar Sizə çatdırılmanı optimallaşdırmaqda və yükünüzü təhlükəsiz saxlamaqda yardım edə biləırlər.

Bizim anbar xidmətlərinin üstünlükləri:
Siz şəxsi anbarınızın saxlanılması xərclərini qənaət edirsiniz. Elə də ucuz olmayan, malların yüklənib boşaldılması üçün lazım olan anbar texnikasını almırsınız. Asnbarın fəaliyyəti üçün vacib elementlərdən olan proqram təminatı da arxa plana keçir. Bütün bunları biz öz üzərimizə götürürük. Siz yalnız anbardan istifadə haqqı ödəyirsiniz.

Services

Sığorta

Sığorta təminatı, baş vermiş hadisə nəticəsində yükə dəymiş ziyan və zərərləri xərcləri əhatə edir.

Bəzən yükdaşımalar müəyyən itki və ya zədə risqləri ilə müşaiyyət olunur. Düzdür, bəzi qabaqlayıcı tədbirlər görməklə, bu risqləri azaltmaq olar. Lakin fors-major zamanı yükün itirilməsi və ya zədələnməsi ciddi maliyyə itkilərinə yol aça bilər. Yükünüzün sığortalanması isə maliyyə zərərinin ödənilməsinin zəmanəti ola bilər. Biz sizin yükünüzü sığortalamağa yardımçı ola bilərik.

Sığorta təminatı, baş vermiş hadisə nəticəsində yükə dəymiş ziyan və zərərləri və yaxud onlarla əlaqədar xərcləri əhatə edir. Ziyan və zərərin və yaxud xərclərin miqdarı və mahiyyəti, təminata daxil edilən hadisələr və istisnalar sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi şərtlərə (klozlara) əsasən müəyyən edilir.