Gömrük xidmətləri

Konteynerlərin anbarlarda saxlanılması

Gömrük prosedurları zamanı konteynerlərinizi bizim anbarlarda saxlaya bilərsiniz. Bizim Bakı, Sumqayıt və Gəncədə yerləşən dəmir yolu terminallarında anbarlarımız fəaliyyət göstərir. Siz sadəcə, konteynerinizin terminalımıza daxil olması barədə məlumat verin, biz isə həmin konteyneri “ADY Konteyner”ə məxsus mavəqqəti saxlanma anbarlarinda yerləşdirək.

Bakı Beynəlxalq Dəniz Ticarət Liimanı – 10 000 kv.m
Abşeron Terminalı – 8100 kv.m
Sumqayıt Terminalı – sahəsi – 2000 kv. m
Gəncə Terminalı —
Gömrük-broker xidmətləri
Biz sizə yüklərinizin gömrük rəsmiləşdirilməsi zamanı yardım edə bilərik. Gömrüklə bağlı bütün rəsmiyyəti bizə həvalə edin. Beynəlxalq iqtisadi münasibətlər sahəsində ixtisaslaşan mütəxəssislərimiz bu işdə sizə hüquqi yardım göstərə bilərlər.

Daşıma sənədləri:

Hesab – faktura və digər sənədlər yük xəzinəsinə verilir.
Həmin sənədlər əsasında yükün dəmiryolu vasitəsilə daşınması üçün beynəlxalq daşıma sənədləri (SMQS) tərtib olunur.
Bununla da sənədləşmə əməliyyatı tam başa çatdırılaraq, yük daşınmaya qəbul edilir.

Yük daşınma sənədləri ilə təyinatı üzrə göndərilir.