Skip to main content

İntermodal xidmətlər

“ADY Konteyner” MMC vahid onlayn mərkəzdən idarə olunan dəmiryolu, fider gəmiləri, avtomobil nəqliyyatının cəlb edilməsi vasitəsilə yükünüzü “qapıdan qapıya” çatdırmaqla intermodal xidmətlər göstərir.

Şirkət daşımanın bütün mərhələlərində prosesi sürətləndirmək və ümumi xərcləri azaltmaq məqsədilə tərəflərin – yük sahibləri və daşıyıcıların fəaliyyətini əlaqələndirir.

İntermodal daşımalar yük sahibinə çatdırılma zəncirinin hər bir iştirakçısı ilə müqavilə bağlamaq ehtiyacını aradan qaldırır, yükün təyinat məntəqəsinə təhlükəsiz çatdırılmasının həllini təmin etməyə imkan verir.

Şirkətimizin mütəxəssisləri bir neçə nəqliyyat növünü birləşdirərək minimum nəqliyyat xərcləri və xidmətlərin maksimum etibarlılığı daxil olmaqla müştəri üçün optimal yük çatdırılma sxemini seçirlər.

Şirkət Türkiyə, Gürcüstan, Mərkəzi Asiya, Çin, Avropa, Rusiya və digər ölkələrin aparıcı dəmir yolu operatorları, liman ekspeditorları və terminalları ilə daimi və sıx əlaqə saxlayır.

Sifariş et