Skip to main content

Optimal marşrutlar

Optimal marşrutun işlənməsi və daşımaların təşkili keyfiyyətli nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsində vacib elementlərdən biridir. O, bütün mümkün marşrutların müqayisəli analizi nəticəsində yaradılır. Optimal marşrutun işlənməsi zamanı aşağıdakılar nəzərə alınr:

– Göndərilmə və təyinat məntəqələri
– Göndərilmə və təyinat məntəqələrində şərtlər
– Tələb olunan çatdırılma müddəti
– Əndazələr və daşınan yükün çəkisi
– Yükün müxtəlif növ nəqliyyat vasitələri ilə daşına bilməsi imkanları
– Müxtəlif profilli yükdaşıma şirkətləri ilə müqavilə əlaqələrinin mövcudluğu
– Marşrut boyu yükün izlənməsi
– Üstünlük verilən sərhəd keçidləri və gömrük rəsmiləşdirilməsi
– Müxtəlif növ yükün buraxılış məntəqələrindən və logistik mərkəzlərdən keçidinə qoyulan məhdudiyyətlər
– Yükün müxtəlif növ nəqliyyat vasitələri ilə fasiləsiz çatdırıla bilməsi üçün tələb olunan digər məlumatlar

Optimal marşrut təkcə yükün yükalana vaxtında çatdırılmasına zəmanət vermir, həm də çatdırılmanı etibarlı və tez etməklə, xərclərini kifayət qədər azaldır.

“ADY Konteyner” şirkətinin əməkdaşları logistik zəncirin əsasını təşkil edən, kifayət qədər mürəkkəb və məsuliyyətli bir iş — optimal marşrutun işlənməsini həyata keçirməklə, sizin yükünüzü uğurla mənzil başına çatdırmağa yardımçı ola bilərlər.

Sifariş et