BTQ (Bakı-Tbilisi-Qars dəmiryolu xətti)

Marşrut: Azərbaycan-Gürcüstan-Türkiyə

Bakı-Tbilisi-Qars dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir.

Müxtəlif ölkələrdən Azərbaycan ərazisinə daxil olan yüklərin Gürcüstandan keçməklə Türkiyəyə, oradan isə Avropaya, həmçinin əks istiqamətdə  çatdırılmasına hesablanıb.