Skip to main content
Uncategorized

Cənub-Qərb Beynəlxalq Nəqliyyat Marşrutu ilə test daşıma uğurla həyata keçirilib

By May 10, 2018İyul 7th, 2021No Comments

Cənub-Qərb Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həyata keçirilməsi layihəsi  çərçivəsində Polşanın Slavkov stansiyasından yola salınan konteyner uğurla Astara (İran) stansiyasına çatıb və artıq əks istiqamətdə hərəkətə başlayıb. Test məqsədilə həyata keçirilən layihənin operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dir.“ADY Konteyner” şirkətinin İsveçrənin “Hupac Intermodal” şirkəti ilə birgə əməkdaşlığı nəticəsində konteyner  Polşadan 399 km, Ukrayna ərazisindən 965 km, Qara dənizlə 1040 km, Gürcüstandan 396 km, Azərbaycan  və İran  ərazisindən 596 km keçməklə  3396 kilometri 9 gün ərzində tamamlayıb. Konteyner GPS sistemi ilə təchiz edilib ki, bu da marşrut boyu konteynerin hərəkətini izləməyə imkan verib. Qeyd edək ki, operatoru “ADY Konteyner” şirkəti olan bu test daşıma Cənub-Qərb Beynəlxalq Nəqliyyat Marşrutunun texnologiyasının işlənilməsi, o cümlədən yüklərin çatdırılma müddətini ölçmək üçün həyata keçirilib. Test qatarının çıxış stansiyası olan Polşanın Slavkov Avroterminalı 1520mm – lik dəmir yolu xətti ilə 1435 mm-lik Avropa standartlı dəmir yolu xəttinin kəsişməsində yerləşir ki, bu da qərbi Avropa ölkələrindən yükləri bu terminalda qəbul edib və daha sonra Cənub-Qərb marşrutu üzrə daşımaq üçün imkan yaradır. Slavkov Avroterminaldan (http://www.euterminal.pl/) gündəlik olaraq blok qatarlar yola düşür və “ADY Konteyner” MMC-nin konteynerləri bu blok qatara qoşulur.

Son illər Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə, iqtisadiyyatın, xüsusən də nəqliyyat sahəsinin inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib. Azərbaycanın ərazisindən keçən yüklərin həcmi isə sabit olaraq artmaqdadır. Bu çağırışlara daha effektiv cavab vermək,  artan yük həcmini səmərəli idarə etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən bir sıra zəruri institusional dəyişikliklər edilib. Belə ki, müstəsna olaraq konteyner daşımalarının həyata keçirilməsi və idarə edilməsi məqsədilə qurum tərəfindən “ADY Konteyner” MMC təsis edilib. Bununla bağlı açıqlama verən “Azərbaycan Dəmir Yolları” QSC-nin  sədri Cavid Qurbanov  “ADY Konteyner” MMC-nin yaradılmasının tranzit potensialımızın inkişafına, yükdaşımalardan əldə ediləcək gəlirlərin yüksəlməsinə səbəb olacağına əmin olduğunu bildirib.

Leave a Reply