Skip to main content
Uncategorized

Hindistanda “Şimal-Cənub” BND – ə həsr edilən tədbir keçirilir

By Sentyabr 25, 2018İyul 7th, 2021No Comments

Hindistanın paytaxtı Nyu – Delhidə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin uğurlu inkişafı” mövzusunda beynəlxalq seminar-təqdimat  keçirilir. Rusiyanın Nəqliyyat nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azrbaycan, Hindistan, İran, Rusiya,  Belorusun nəqliyyat-logistik şirkətlərinin, dövlət orqanlarının  nümayəndələri  iştirak edirlər.

Ölkəmizi tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətləri olan “ADY Konteyner” MMC və “ADY Express” MMC təmsil edir. “ADY Konteyner” MMC-nin əməkdaşı Cavid Həbibov seminarda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında  Azərbaycanın rolu  mövzusunda çıxış edib. O, çıxışında beynəlxalq nəqliyyat dəhlizinin logistik imkanları barədə geniş məlumat verib. Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən danışıb.

Leave a Reply