Azərbaycanda intermodal konteyner
daşımaları üzrə lider

Ön Söz Onlayn Servis

Cənub-Qərb Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həyata keçirilməsi layihəsi  çərçivəsində Slavkov (Polşa) –  Astara (İran) – Slavkov (Polşa) xətti ilə hərəkət edən test konteyneri artıq Polşanın Slavkov stansiyasına çatıb. Test məqsədilə həyata keçirilən layihənin operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dir.“ADY Konteyner” şirkətinin İsveçrənin “Hupac Intermodal” şirkəti ilə birgə əməkdaşlığı nəticəsində konteyner  Azərbaycan  və İran  ərazisindən 596 km, Gürcüstandan 396 km, Qara dənizlə 1040 km, Ukrayna ərazisindən 965 km,  Polşadan 399 km keçməklə ümumilikdə 3396 kilometr qət edib. Konteyner GPS sistemi ilə təchiz edilib ki, bu da marşrut boyu hərəkəti izləməyə imkan verib. Qeyd edək ki, operatoru “ADY Konteyner” şirkəti olan bu test daşıma Cənub-Qərb Beynəlxalq Nəqliyyat Marşrutunun texnologiyasının işlənilməsi, o cümlədən yüklərin çatdırılma müddətini ölçmək üçün həyata keçirilib. Test qatarının çıxış stansiyası olan Polşanın Slavkov Avroterminalı 1520mm – lik dəmir yolu xətti ilə 1435 mm-lik Avropa standartlı dəmir yolu xəttinin kəsişməsində yerləşir ki, bu da qərbi Avropa ölkələrindən yükləri bu terminalda qəbul edib və daha sonra Cənub-Qərb marşrutu üzrə daşımaq üçün imkan yaradır. Slavkov Avroterminalından (http://www.euterminal.pl/) gündəlik olaraq blok qatarlar yola düşür və “ADY Konteyner” MMC-nin konteynerləri bu blok qatara qoşulur. Blok qatarı Slavkovdan Astaraya  olan məsafəni 8 günə qət edəcək. Eyni müddətdə də geri qayıdacaq.

 

Mayın 17-18-də  Qırğızıstanın paytaxtı Bişkek  şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 68-ci iclası keçirilib.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

İclasda aşağıdakı məsələlər müzakirə olunub: Şuranın 67-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2017-ci il və 2018-ci ilin ilk rübündə dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2017-ci il və 2018-ci ilin ilk rübündə beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri haqqında; 2018/2019-cu illər üçün qatarların hərəkət cədvəlinin normativləri haqqında; 2017-ci ildə konteynerlərin siyahıya alınmasının nəticələri, həmçinin 2018-ci il üçün yük qatarlarının siyahıya alınmasına dair hazırlıqlar haqqında; 2017-ci il və 2018-ci ilin ilk rübündə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında; MDB Hökümət Başçıları Şurasının 18 oktyabr 1996-cı il tarixində qərara aldığı MDB dövlətlərinin dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin tədbiqi konsepsiyasının 2017-ci il ərzində icrası barədə; MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının müdiriyyəti və dəmir yolu administrasiyalarının əlaqələndirici fəaliyyətini təmin etmək üçün, rabitə xidmətləri göstərən Mərkəzi rabitə stansiyasının (“RDY” ASC filialı) 2018-ci il üçün xərclərinin əvəz edilmə smetası haqqında; MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurası müdiriyyətinin 2017-ci il ərzindəki fəaliyyətinin təmin edilməsinə dair xərclər smetasının icrası və Şuranın Təftiş Komissiyasının həmin smeta icrasının yoxlama hesabatı haqqında;  “RDY” ASC-nin filialı olan Baş hesablama mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin  fəaliyyətinin təmin edilməsinə dair 2017-ci il üçün xərclər smetasının icrası və həmin smeta icrasının yoxlama hesabatı haqqında;  Şuranın Fəxri fərmanı ilə təltif edilmə haqqında; Şuranın 69-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında.

Tədbirin sonunda yekun protokolu imzalanıb.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına burada görülən işlər barədə məlumat verilib. Bildirilib ki, bu liman birinci kateqoriya limanlar üçün müəyyən edilmiş texniki tələblərə uyğun layihələndirilib və inşa olunub. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.

Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. Liman akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb, uzunluğu 7,5 kilometr, dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa olunub. Bu kanal və dönmə akvatoriyası Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7000-8000 tona qədər olan gəmilər daxil olur ki, mövcud dərinlik bunun üçün kifayət edir. Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb, 2 mövcud portal kranın isə modernləşdirilərək quraşdırılması işləri davam edir.

Konteyner meydançasında eyni zamanda 1040 konteynerin yerləşdirilməsi, 64 soyuduculu konteynerə xidmət göstərilməsi üçün xüsusi infrastruktur yaradılıb.

Yüklərin sürətli və səmərəli yüklənib-boşaldılması üçün Liman Əməliyyat İnformasiya Sistemi vasitəsilə əraziyə daxil olan bütün yüklərin – konteyner, TIR vasitəsilə gətirilən quru yüklərin gəmilərə yüklənmə və boşalma vaxtı müəyyən edilir və proseslər həmin qrafikə uyğun həyata keçirilir. İnternet üzərindən işləyən bu əməliyyat sistemi yük sahibinə yükün Bakı limanına daxil olması və limandan çıxması barədə dərhal məlumat verir.

“Yaşıl liman” konsepsiyasının tələblərinə uyğun olaraq kompleksin inşası zamanı ən yüksək ekoloji tələblər nəzərə alınıb, çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib.

Ölkəmizin Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edəcək. Bu kompleks Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək.

 

 

İranın  Astara şəhərində “Astara Terminalının Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizlərinin inkişafındakı rolu” mövzusunda biznes – forum  keçirilib. Forum Azərbaycan Dəmir Yolları və İranın Gilan vilayətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfati Palatasinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Konteyner” MMC, “ADY Express” MMC, Azərbaycan və Rusiya dəmir yollarının müştərək müəssisəsi olan “AzRusTrans”, Azpromo, Gilan vilayətinin rəhbərliyi və iranlı iş adamları  iştirak ediblər.

Forum çərçivəsində iştirakçılara, Azərbaycanda qeyri – neft sektoru, xüsusi ilə də nəqliyyat və loqistika sahəsində görülən işlər, həyata keçirilən iri infrastruktur layihələri barədə ətraflı məlumat verilib, Azərbaycan Dəmir Yollarının imkanları və ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri haqqında film nümayiş etdirilib.

Tədbirdə çıxış edən ADY Konteyner, ADY Express, və “AzRusTrans” şirkətlərinin rəhbərləri, İran iş adamlarına, Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi, İranın Astara şəhərində Azərbaycan Dəmir Yolları tərəfindən inşa edilən yük terminalı və iki ölkənin iştirakçı olduğu Şimal-Cənub  və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri haqqında ətraflı məlumat verərək, yaradılan şəraitin əməkdaşlığın inkişafındakı rolu barədə söhbət açıblar. Azərbaycan və İranın dövlət başçıları –  Prezident İlham Əliyev və Prezident Həsən Ruhaninin iradəsi ilə həyata keçirilən böyük layihələrin mövcud əməkdaşlığı, xüsusi ilə ticari-iqtisadi münasibətləri gücləndirəcəyinə, onları daha da faydalı edəcəyinə əmin olduqlarını vurğulayıblar. Qeyd edilib ki, tikintisi davam etdirilən Astara Yük Terminalı yükdaşımalar sahəsində dönüş yaradaraq, iki ölkənin ərazisindən keçən Beynəlxalq Nəqliyyat Dəhlizləri ilə yüklərin nəqli prosesini asanlaşdıracaq və  sürətləndirəcək.  Bu isə öz növbəsində tranzit yüklərinin artması ilə nəticələnəcək.

“ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov çıxışında ölkəmizin tranzit imkanları barədə ətraflı məlumat verib. Azərbaycanın ərazisindən keçən “Şimal-Cənub”, “Cənub-Qərb”, “Şərq–Qərb” nəqliyyat dəhlizləri, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yeni istifadəyə verilən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin imkanları və üstünlükləri, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti, İran Astarasındakı terminalın imkanları  barədə ətraflı məlumat verib.

Çıxışlardan sonra iranlı iş adamlarının çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, 400-ə yaxın sahibkarın qatıldığı tədbir böyük marağa səbəb olub. Forum Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri və Astara Yükaşırma Terminalının tanıdılmasına hesablanan silsilə tədbirlərin davamıdır.

 

 

Azərbaycanın tranzit-nəqliyyat imkanları Çexiyanın Sənaye və Ticarət Nazirliyində keçirilən “Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” beynəlxalq forumunda təqdim olunub.  Azərbaycanın Çexiyadakı səfirliyinin təşəbbüsü və Praqada akkreditə olunmuş Çin, Qazaxıstan, Gürcüstan və Türkiyə səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə Çexiyanın bir sıra dövlət və işgüzar dairələrinin nümayəndələri qatılıb.  Forum, Çindən Mərkəzi Asiya və Transxəzər regionu vasitəsilə Avropaya tranzit və yük daşımalarının artırılması imkanlarını müzakirə etmək, o cümlədən yükdaşımaları ilə məşğul olan Çex şirkətlərinin Transxəzər beynəlxalq nəqliyyat marşrutuna cəlb etmək məqsədini daşıyıb. Forumda, Çexiyanın Sənaye və Ticarət Naziri Tomas Huner, Azərbaycan, Çin Qazaxıstan, Gürcüstan və Türkiyənin Praqada akkreditə olunmuş səfirləri açılış nitqi ilə çıxış edib, eləcə də həmin ölkələrdən təmsil olunan dövlət, özəl və akademik dairələrin nümayəndələri təqdimatlar keçiriblər.

“ADY Konteyner” MMC-nin nümayəndəsi Rəşad Məcidov forumda çıxış edərək son zamanlar Azərbaycanda dəmir yolu ilə yükdaşımalar sahəsində həyata keçirilən infrastruktur layihələri və institusional islahatlar barədə iştirakçılara geniş məlumat verib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsinin, Azərbaycanın iştirakçısı olduğu beynəlxalq nəqliyyat dəhlizlərinin və marşrutlarının yükdaşımalar sahəsində yaratdığı potensial imkanlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin forum zamanı “ADY Konteyner” MMC-nin nümayəndəsi bir sıra ikitərəfli görüşlər keçirib. Belə ki, Çex Respublikasının Nəqliyyat Nazirliyinin nümayəndəsi, Çex Dəmir Yollarının törəməsi olan “ÇD Kargo” və “ÇD Logistics” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilmiş və Çex Respublikası ilə İran, Qazaxstan və Çin arasında yükdaşımaların Azərbaycan üzərindən həyata keçirilməsi imkanları müzakirə edilmişdir.

Cənub-Qərb Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həyata keçirilməsi layihəsi  çərçivəsində Polşanın Slavkov stansiyasından yola salınan konteyner uğurla Astara (İran) stansiyasına çatıb və artıq əks istiqamətdə hərəkətə başlayıb. Test məqsədilə həyata keçirilən layihənin operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dir.“ADY Konteyner” şirkətinin İsveçrənin “Hupac Intermodal” şirkəti ilə birgə əməkdaşlığı nəticəsində konteyner  Polşadan 399 km, Ukrayna ərazisindən 965 km, Qara dənizlə 1040 km, Gürcüstandan 396 km, Azərbaycan  və İran  ərazisindən 596 km keçməklə  3396 kilometri 9 gün ərzində tamamlayıb. Konteyner GPS sistemi ilə təchiz edilib ki, bu da marşrut boyu konteynerin hərəkətini izləməyə imkan verib. Qeyd edək ki, operatoru “ADY Konteyner” şirkəti olan bu test daşıma Cənub-Qərb Beynəlxalq Nəqliyyat Marşrutunun texnologiyasının işlənilməsi, o cümlədən yüklərin çatdırılma müddətini ölçmək üçün həyata keçirilib. Test qatarının çıxış stansiyası olan Polşanın Slavkov Avroterminalı 1520mm – lik dəmir yolu xətti ilə 1435 mm-lik Avropa standartlı dəmir yolu xəttinin kəsişməsində yerləşir ki, bu da qərbi Avropa ölkələrindən yükləri bu terminalda qəbul edib və daha sonra Cənub-Qərb marşrutu üzrə daşımaq üçün imkan yaradır. Slavkov Avroterminaldan (http://www.euterminal.pl/) gündəlik olaraq blok qatarlar yola düşür və “ADY Konteyner” MMC-nin konteynerləri bu blok qatara qoşulur.

Son illər Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə, iqtisadiyyatın, xüsusən də nəqliyyat sahəsinin inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib. Azərbaycanın ərazisindən keçən yüklərin həcmi isə sabit olaraq artmaqdadır. Bu çağırışlara daha effektiv cavab vermək,  artan yük həcmini səmərəli idarə etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən bir sıra zəruri institusional dəyişikliklər edilib. Belə ki, müstəsna olaraq konteyner daşımalarının həyata keçirilməsi və idarə edilməsi məqsədilə qurum tərəfindən “ADY Konteyner” MMC təsis edilib. Bununla bağlı açıqlama verən “Azərbaycan Dəmir Yolları” QSC-nin  sədri Cavid Qurbanov  “ADY Konteyner” MMC-nin yaradılmasının tranzit potensialımızın inkişafına, yükdaşımalardan əldə ediləcək gəlirlərin yüksəlməsinə səbəb olacağına əmin olduğunu bildirib.

 

Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası  Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.

Tədbirdə 2018-ci ilin birinci rübündə TBNM üzrə yüklərin daşınması planının yerinə yetirilməsi;  “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin İdarə Heyətinin tərkibinə dəyişikliklərin edilməsi; 2017-ci il və 2018-ci ilin birinci rübündə Konsorsiumun görülən işlər haqqında hesabatı; Fider gəmisinin işə salınması və onun fəaliyyətinin ilkin nəticələri; Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə buğdanın daşınmasına dair təsdiq edilmiş tariflərin paxlalı bitkilərin daşınmasına da aid edilməsinə dair “KTZ Express” SC-nin müraciətinə baxılması; Qazaxıstan kömürünün yarımvaqonlarla Gürcüstan limanları istiqamətində daşınması və tranzit imkanlarının nəzərdən keçirilməsi, eləcə də kömürün daşınması üçün rəqabətədavamlı tariflərin işlənib təsdiqlənməsi; Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (KZX stansiyası – Dina Nurpeisova/Kiqaş – Samur/Yalama – Böyük Kəsik/Qardabani – Poti/Batumi/Axalkalaki) üzrə vaqon və konteynerlə buğdanın daşınma tariflərinin aşağı salınmasına dair “KTZ Express” SC-nin müraciətinin nəzərdən keçirilməsi;  TBNM marşrutlarında tarif dərəcələrini formalaşdırmaq və təsdiq etmək səlahiyyətinin İşçi qrupa həvalə edilməsi masələsinin (01.04.2017-ci il tarixində Bakıda İdarə Heyətinin təsdiq etdiyi), İşçi qrupuna dair Əsasnaməyə müvafiq dəyişikliklərin edilməsi ilə Ümumi yığıncaqda baxılmağa çıxarılması; Çin-Türkiyə/Cənubi Avropa və əks istiqamətdə konteyner daşımalarının artırılması məqsədi ilə TBNM-in rəqabətə davamlılığının artırılması;

TBNM üzrə Xəzər dənizi ilə fider gəmilərində konteyner daşınması üçün nəzərdə tutulan tariflərin 01 aprel 2018-ci il tarixindən təsdiqlənməsi və tətbiqi; “Anaklia Development Consortium” (Gürcüstan) və “Kazmortransflot” MDGŞ (Qazaxıstan) adlı şirkətlərin TBNM BA HŞB-nə üzv qəbul edilməsi  və digər məsələlər müzakirə olunub.

Tədbirin sonunda “Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir yolları” SC, “Gürcüstan Dəmir Yolları” SC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Aktau Beynəlxalq Dəniz Ticarət Limanı, Batumi Dəniz Limanı, Türkiyə Dövlət Dəmir Yolları, “Ukrayna Dəmir Yolları” SC  arasında müqavilə imzalanıb.

   

Rusiyanın paytaxtı Moskva şəhərində “TransRussia-2018” 23-cü Beynəlxalq nəqliyyat – loqistika və nəqliyyat texnoloqiyaları sərgisi işinə başlayıb. Aprelin 17-dən 19-dək davam edəcək sərgidə 26 ölkədən 390 – dan çox şirkət təmsil olunur. Sərgidə “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Konteyner” və “ADY Ekspres”  şirkətləri birgə stendlə çıxış edirlər. Sərgi, Rusiya və Avropada keçirilən bu cür tədbirlərin ən irisi sırasındadır. Burada dəmir yolu sahəsində çalışan dövlət şirkətləri, beynəlxalq korporasiyalar, yükdaşımalar və logistik kompaniyalar  öz xidmətlərini təqdim edirlər. Azərbaycanın stendi sərgi  iştirakçılarının marağına səbəb olub. Onlara ölkəmizin tranzit imkanalrı barədə ətraflı  məlumat verilib.

Azərbaycanın ərazisindən keçən Şimal-Cənub, Cənub-Qərb, Şərq –Qərb nəqliyyat dəhlizləri, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu,  yeni istifadəyə verilən Bakı – Tbilisi – Qars dəmir yolu xəttinin imkanları və üstünlükləri, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti, İran Astarasındakı terminal  barədə ətraflı məlumat verilib. Müzakirələr zamanı  Şimal-Cənub, Şərq-Qərb və əks istiqəmətlərdə yüklərin daşınması diqqət mərkəzində olub.

Xarici şirkətlərin təmsilçiləri Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq nəqliyyat marşrutları ilə  yüklərin nəql olunmasında maraqlı olduqlarını söyləyiblər. Azərbaycan təmsilçiləri ölkəmizdə  tranzit yükdaşımaları sahəsində görülən işlər, reallaşdırılan iri infrastruktur layihələri, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üstünlüklərini təqdim ediblər və bu marşrutlara əlavə yüklərin cəlb olunması üçün yeni tərəfdaşlar qazanıblar.

Ümumi sahəsi 15 min kv. m. təşkil edən 23-cü beynəlxalq nəqliyyat, loqistika və nəqliyyat texnoloqiyaları sərgisinin işində müxtəlif ölkələrdən 12 minə yaxın mütəxəssis iştirak edir.

“ADY Konteyner” MMC – yə Almaniyanın “TÜV Thüringen e.V.” şirkəti tərəfindən “İSO 9001:2015” Keyfiyyət İdarəetmə Sistemi standartına uyğun olduğunu təsdiq edən sertifikat verilib.
Sertifikasiya Audit və sertifikasiya üzrə TİC üsuluna əsasən həyata keçirilib.
“İSO 9001-2015” sertifikatı idarəetmə və müştəri məmnuniyyətini qazanmaq istiqamətində görülən işləri müəyyən edən ən müasir beynəlxalq standartların tətbiqini nəzərdə tutur. “İSO 9001-2015” sertifikatını almaq üçün şirkət bir sıra mühüm qərarlar qəbul edərək onun icrasını təmin edib. Bura sənədləşmə, kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müştəri məmnuniyyəti prosesinin təkmilləşdirilməsi, daxili audit sisteminin formalaşdırılması, daxili audit kadrlarının yetişdirilməsi və s. daxildir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.

Forumda Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib. Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində yaradılan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıblar. Sonra dövlət başçılarına videoçarx əsasında bu müəssisənin fəaliyyəti və istehsal prosesi barədə məlumat verilib.

Daha sonra Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub. Videoçarxda İran ərazisində Azərbaycan Dəmir Yollarının Astara terminalı haqqında məlumat verilib. Dövlət başçıları biznes forumda nitq söyləyiblər.

Daha sonra biznes forum, Azərbaycan və İran işgüzar dairələrinin iştirakı ilə danışıqlar formatında işini davam etdirib. Ikitərəfli görüşlərdə “ADY Konteyner” şirkətinin nümayəndələri də iştirak ediblər.

 

  • 1
  • 2
  • 7

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

ADY

Qapalı Səhmdar Cəmiyyəti

ADY EXPRESS

Məhdud Məhsuliyyətli Cəmiyyəti

The leader in container transportation in Azerbaijan

Contacts us

info@adycontainer.com