Azərbaycanda intermodal konteyner
daşımaları üzrə lider

Ön Söz Onlayn Servis

  • Əsas səhifə
  • Azərbaycan təmsilçiləri “TransRussia-2018” sərgisində iştirak edirlər

Azərbaycan təmsilçiləri “TransRussia-2018” sərgisində iştirak edirlər

Rusiyanın paytaxtı Moskva şəhərində “TransRussia-2018” 23-cü Beynəlxalq nəqliyyat – loqistika və nəqliyyat texnoloqiyaları sərgisi işinə başlayıb. Aprelin 17-dən 19-dək davam edəcək sərgidə 26 ölkədən 390 – dan çox şirkət təmsil olunur. Sərgidə “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Konteyner” və “ADY Ekspres”  şirkətləri birgə stendlə çıxış edirlər. Sərgi, Rusiya və Avropada keçirilən bu cür tədbirlərin ən irisi sırasındadır. Burada dəmir yolu sahəsində çalışan dövlət şirkətləri, beynəlxalq korporasiyalar, yükdaşımalar və logistik kompaniyalar  öz xidmətlərini təqdim edirlər. Azərbaycanın stendi sərgi  iştirakçılarının marağına səbəb olub. Onlara ölkəmizin tranzit imkanalrı barədə ətraflı  məlumat verilib.

Azərbaycanın ərazisindən keçən Şimal-Cənub, Cənub-Qərb, Şərq –Qərb nəqliyyat dəhlizləri, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu,  yeni istifadəyə verilən Bakı – Tbilisi – Qars dəmir yolu xəttinin imkanları və üstünlükləri, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti, İran Astarasındakı terminal  barədə ətraflı məlumat verilib. Müzakirələr zamanı  Şimal-Cənub, Şərq-Qərb və əks istiqəmətlərdə yüklərin daşınması diqqət mərkəzində olub.

Xarici şirkətlərin təmsilçiləri Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq nəqliyyat marşrutları ilə  yüklərin nəql olunmasında maraqlı olduqlarını söyləyiblər. Azərbaycan təmsilçiləri ölkəmizdə  tranzit yükdaşımaları sahəsində görülən işlər, reallaşdırılan iri infrastruktur layihələri, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üstünlüklərini təqdim ediblər və bu marşrutlara əlavə yüklərin cəlb olunması üçün yeni tərəfdaşlar qazanıblar.

Ümumi sahəsi 15 min kv. m. təşkil edən 23-cü beynəlxalq nəqliyyat, loqistika və nəqliyyat texnoloqiyaları sərgisinin işində müxtəlif ölkələrdən 12 minə yaxın mütəxəssis iştirak edir.

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

ADY

Qapalı Səhmdar Cəmiyyəti

ADY EXPRESS

Məhdud Məhsuliyyətli Cəmiyyəti

The leader in container transportation in Azerbaijan

Contacts us

info@adycontainer.com