Azərbaycanda intermodal konteyner
daşımaları üzrə lider

Ön Söz Onlayn Servis

  • Əsas səhifə
  • Azərbaycan və İtaliya dəmiryolçuları ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Azərbaycan və İtaliya dəmiryolçuları ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

 Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Bakıda səfərdə olan “İtaliya Milli Dəmir Yolları”nın Beynəlxalq əlaqələr üzrə vitse-prezident Covanni Rokkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə Azərbaycan və İtaliya Dəmir Yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Danışıqlarda tərəflər, Azərbaycan dəmir yollarında aparılan islahatlar, dəmir yollarının və hərəkət heyətinin yenilənməsi sayəsində yaradılan yeni imkanları, Avropa-Asiya marşrutu ilə yüklərin nəqli sahəsində Bakı-Tbilisi-Qars və Astara(Azərbaycan)-Astara(İran) dəmir yollarının üstünlüklərini nəzərdən keçirərək, Orta Asiya, İran və Çin istiqamətində potensial yükdaşımaları müzakirə ediblər. Italiyalı qonaqlar Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa üçün vacibliyini qeyd edərək, onu İtaliya və digər Avropa ölkələri üçün Azərbaycanın enerji layihələri qədər önəmli olduqlarını bildiriblər. Onların sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu 21-ci əsrdə Avropa-Asiya yükdaşımalar sistemini dəyişdirərək onu inkişaf etdirəcək və yük dövriyyəsinin artmasına səbəb olacaq.
Söhbət zamanı, yüklərin İtaliyanın Triesta və Bari limanlarından Türkiyənin Mersin limanına çatdırılaraq, oradan da Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Azərbaycan ərazisindən keçərək, İran və ya Orta Asiya ölkələri və Çinə nəqli perspektivləri müzakirə olunub. Eyni ilə yüklərin, təklif olunan marşrutla əks istiqamətində daşınması perspektivi nəzərdən keçirilərək, onun rəqabətə davamlı olduğu bildirildi.
Bundan başqa İtaliya dəmir yollarının imkanlarından yararlanaraq, yüklərin daha sonra Fransa, Almaniya və Benelüks ölkələrinə daşınması imkanları nəzərdən keçirilib. İtaliya nümayəndə heyəti Avropa İttifaqı ilə İran, Orta Asiya və Çin arasında İdxal/İxrac əməliyyatlarına dair və potensial yük bazası haqqında məlumatları Azərbaycan tərəfinə təqdim edərək, Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıqda maraqlı olduqlarını bəyan ediblər.
Görüşün sonunda, danışıqların nəticələrinə dair, tərəflər arasında memorandum imzalanıb.

 

 

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

ADY

Qapalı Səhmdar Cəmiyyəti

ADY EXPRESS

Məhdud Məhsuliyyətli Cəmiyyəti

The leader in container transportation in Azerbaijan

Contacts us

info@adycontainer.com