Azərbaycanda intermodal konteyner
daşımaları üzrə lider

Ön Söz Onlayn Servis

  • Əsas səhifə
  • Iranın biznes dairələri Astara yükaşırma terminalının imkanları ilə tanış olublar

Iranın biznes dairələri Astara yükaşırma terminalının imkanları ilə tanış olublar

İranın  Astara şəhərində “Astara Terminalının Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizlərinin inkişafındakı rolu” mövzusunda biznes – forum  keçirilib. Forum Azərbaycan Dəmir Yolları və İranın Gilan vilayətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfati Palatasinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Konteyner” MMC, “ADY Express” MMC, Azərbaycan və Rusiya dəmir yollarının müştərək müəssisəsi olan “AzRusTrans”, Azpromo, Gilan vilayətinin rəhbərliyi və iranlı iş adamları  iştirak ediblər.

Forum çərçivəsində iştirakçılara, Azərbaycanda qeyri – neft sektoru, xüsusi ilə də nəqliyyat və loqistika sahəsində görülən işlər, həyata keçirilən iri infrastruktur layihələri barədə ətraflı məlumat verilib, Azərbaycan Dəmir Yollarının imkanları və ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri haqqında film nümayiş etdirilib.

Tədbirdə çıxış edən ADY Konteyner, ADY Express, və “AzRusTrans” şirkətlərinin rəhbərləri, İran iş adamlarına, Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi, İranın Astara şəhərində Azərbaycan Dəmir Yolları tərəfindən inşa edilən yük terminalı və iki ölkənin iştirakçı olduğu Şimal-Cənub  və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri haqqında ətraflı məlumat verərək, yaradılan şəraitin əməkdaşlığın inkişafındakı rolu barədə söhbət açıblar. Azərbaycan və İranın dövlət başçıları –  Prezident İlham Əliyev və Prezident Həsən Ruhaninin iradəsi ilə həyata keçirilən böyük layihələrin mövcud əməkdaşlığı, xüsusi ilə ticari-iqtisadi münasibətləri gücləndirəcəyinə, onları daha da faydalı edəcəyinə əmin olduqlarını vurğulayıblar. Qeyd edilib ki, tikintisi davam etdirilən Astara Yük Terminalı yükdaşımalar sahəsində dönüş yaradaraq, iki ölkənin ərazisindən keçən Beynəlxalq Nəqliyyat Dəhlizləri ilə yüklərin nəqli prosesini asanlaşdıracaq və  sürətləndirəcək.  Bu isə öz növbəsində tranzit yüklərinin artması ilə nəticələnəcək.

“ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov çıxışında ölkəmizin tranzit imkanları barədə ətraflı məlumat verib. Azərbaycanın ərazisindən keçən “Şimal-Cənub”, “Cənub-Qərb”, “Şərq–Qərb” nəqliyyat dəhlizləri, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yeni istifadəyə verilən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin imkanları və üstünlükləri, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti, İran Astarasındakı terminalın imkanları  barədə ətraflı məlumat verib.

Çıxışlardan sonra iranlı iş adamlarının çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, 400-ə yaxın sahibkarın qatıldığı tədbir böyük marağa səbəb olub. Forum Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri və Astara Yükaşırma Terminalının tanıdılmasına hesablanan silsilə tədbirlərin davamıdır.

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

ADY

Qapalı Səhmdar Cəmiyyəti

ADY EXPRESS

Məhdud Məhsuliyyətli Cəmiyyəti

The leader in container transportation in Azerbaijan

Contacts us

info@adycontainer.com