Azərbaycanda intermodal konteyner
daşımaları üzrə lider

Ön Söz Onlayn Servis

İranın paytaxtı Tehran şəhərində başa çatan “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutunun işçi qrupunun görüşündə bir sıra mühüm məsələlər diqqət mərkəzində olub. Görüşdə İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa dəmir yollarının nümayəndələri təmsil olunublar.
“Azərbaycan Dəmir Yolları” QSC və marşrutun Azərbaycan ərazisi üzrə operator şirkəti olan “ADY Konteyner” MMC-nin nümayəndələrinin də iştirak etdiyi tədbirdə, “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutunda yükdaşıma tariflərinin optimallaşdırılması, həyata keçirilən infrastruktur layihələri və daşımaların mexanizminin təkmilləşdirilməsi diqqət mərkəzində olub.
Görüşün sonunda, tərəflər arasında işçi qrupunun ilk protokolu imzalanıb. Sənəddə “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi, xəttə əlavə yüklərin cəlb olunması istiqamətində atılacaq növbəti addımlar barədə maddələr əksini tapıb və Koordinasiya Komitəsinin işçi qrupunun əsasnaməsi təsdiq olunub.
İşçi qrupunun üzvləri Tehranda “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə edəcək potensial müştərilərlə görüş keçiriblər.

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.

Prezident İlham Əliyev açılış mərasimində nitq söyləyib.

Sonra Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın Baş naziri Abdulla Aripov çıxış etdilər.

Türkiyənin Baş naziri Binəli Yıldırımın təbrik məktubu oxundu.

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

Çıxışlardan sonra Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı videoçarx nümayiş olundu.

Sonra dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurdular və yoldəyişən qurğunu işə saldılar.

Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salındı.

Dövlət və hökumət başçıları memorial daşın üzərindən örtüyü götürdülər və birgə foto çəkdirdilər.

Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Ələt dəmir yolu stansiyasına yola düşdülər.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Qazaxıstanın Kokşetau şəhərindən Türkiyənin Mersin limanına yola salınan 30 konteynerdən ibarət ilk yük qatarı Xəzər Dəniz Gəmiçiliyi QSC – yə məxsus “Balakən” bərə – gəmisi ilə Bakıya yola salınıb. Konteynerlər bərə – gəmiyə Qazaxıstanın Kurık limanında yüklənib. “Balakən” Ələt Limanına yan alacaq. Daha sonra isə Bakı – Tbilisi – Qars dəmir yolu ilə yoluna davam edəcək.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Azərbaycan üzərindən konteynerlərin daşınmasını həyata keçirən operator “ADY Konteyner” MMC – dir. Bu, 2017 – ci il, sentyabrın 8 – də, Ukraynanın Odessa şəhərində baş tutan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi iclasında qəbul edilən sənəddə öz əksini tapıb. Sənədə əsasən, Azərbaycan Dəmir Yolları QSC – nin törəmə şirkəti olan “ADY Konteyner” MMC – nin Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun üzvləri sırasına daxil edilməsi barədə qərar qəbul edilib. Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yola çıxan 32 konteynerdən ibarət ilk yük qatarının Azərbaycan üzərindən ekspeditoru da məhz “ADY Konteyner” MMC -dir.

Latviyanın paytaxtı Riqa şəhərində keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Belarus Dəmir Yollarının rəisi Vladimir Morozov və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında görüş keçirilib. İşçi görüşdə “Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov da iştirak edib.

Tədbirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri, Rəşt-Astara dəmir yolunun tikintisi və digər məsələlər müzakirə edilib.

Qeyd olunub ki, ötən 9 ay ərzində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəmir yolu üzrə yükdaşımaların həcmi 21.6% artaraq, 4.7 milyon tonu keçib. Bundan başqa, keçən illə müqayisədə konteyner daşımalarının həcmi 2.4 dəfə artıb. Belə ki, bu dəhliz vasitəsilə 7 mindən çox konteyner mənzil başına çatdırılıb.

Görüş zamanı tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi qərb istiqamətinin inkişafı üzrə işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Bu haqda müvafiq protokol imzalanıb.

Qeyd olunub ki, ötən il Rusiyanın “RDY Logistika” şirkəti xarici tərəfdaşlarla birgə dəhlizin qərb istiqaməti üzrə test rejimdə Hindistandan Rusiyaya İran və Azərbaycan ərazisiylə konteynerlər göndərib.

Görüş iştirakçılarının fikrincə, bu dəhliz üzrə artım tendensiyasını dəstəkləmək üçün logistik şirkətlərin diqqətini daimi nəqliyyat servislərinin yaradılmasına və bütün tərəfləri qane edən tariflər tətbiq edilməsinə yönəltmək lazımdır. Həmçinin, yüklərin gömrük tərtibatının sadələşdirilmiş prosedurlarla aparılması üçün işlər görülməlidir.

Görüş zamanı logistik zəncir iştirakçılarının (dəmir yollarının, limanların, dəniz yolu daşımaçılarının, gömrük xidmətlərinin) qarşılıqlı əlaqəsinin yaradılmasının vacibliyi qeyd olundu.

Yığıncaqda Avropa, Cənubi Asiya, Fars körfəzi ölkələri, Belarus və Rusiya arasında yük daşımalarının sürətləndirilməsi və ucuzlaşdırılması “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqaməti üzrə birbaşa dəmir yolu bağlantısının yaradılmasıyla bağlıdır. Bunun üçün də dəhlizin son çatışmayan halqası – Rəşt-Astara dəmir yolu xəttinin tikintisi və istifadəyə verilməsi lazımdır.

19-20 oktyabr 2017-ci ildə Latviyanın paytaxtı Riqa şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası keçirilir.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

İclasda aşağıdakı məsələlər müzakirə olunur: Şuranın 66-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2017-ci ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2017-ci ilin doqquz ayı əzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri haqqında; 2017/2018-ci il üçün beynəlxalq istiqamətdə hərəkət edən qatarların cədvəllərinin, yük və konteyner qatarlarının tərtib olunması planının nəticələri haqqında; 2017-ci ilin may ayında keçirilmiş yük vaqonlarının və 2017-ci ilin sentyabr ayında keçirilmiş konteynerlərin əvvəlcədən siyahıyaalınmasının ilkin nəticələri haqqında; Müstəqil Dövlətlər Birliyinə üzv dövlətləri, Latviya, Litva və Estoniya Respublikaları dəmir yolu administrasiyaları arasında bağlanan Sazişin bəzi müddəalarının tətbiq olunmasının xüsusiyyətləri haqqında; 2017-ci ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında; 2018-ci fraxt ilində beynəlxalq istiqamətdə dəmir yolu ilə yükdaşımada tarif siyasəti haqqında; Şura müdiriyyətinin 2018-ci ildə fəaliyyətinin təmin olunması üçün xərclər smetası haqqında; Dəmir yolu administrasiyaları məlumat-hesablama mərkəzlərinin 2018-ci ildə fəaliyyətinin təmin edilməsi üzrə təsdiq edilmiş smeta haqqında; 2018-ci ildə “Fəxri dəmiryolçu” döş nişanının bölgüsü haqqında və Şuranın 68-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında.

Tədbirin sonunda yekun protokolu imzalanacaq.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

Bu barədə Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O qeyd edib ki, “Astara Azərbaycan-Astara İran” yeni dəmir yolu xətti üzrə Azərbaycanda tikinti işləri yekunlaşıb. Astara çayı üzərində dəmir yolu körpüsünün inşası başa çatdırılıb. İran ərazisində tikinti işləri isə davam etdirilir.

Fransanın Belfort şəhərində “Alstom Transportation S.A.” şirkətinin “Azərbaycan Dəmir Yolları” QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Hicran Valehovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələri, “Alstom Transportation S.A.” şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille, eləcə də Azərbaycanın və Fransanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.“İlk çoxtəyinatlı Prima lokomotivini Azərbaycana çatdırmaqdan və Qara dənizlə Xəzər dənizi, Rusiya ilə İran arasında tranzit dəmir yolu bağlantısını daha da gücləndirmək məqsədi daşıyan iddialı layihələrin tərəfdaşı olmaqdan dərin məmnunluğumuzu bildiririk” – Alstom şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille bbelə deyib. Texnoloji baxımdan xüsusi təyinata uyğun istehsal edilmiş bu lokomotiv “Alstom” şirkəti ilə “ADY” QSC-nin işçi heyətləri arasında qurulmuş möhkəm qarşılıqlı əlaqələrin nəticəsidir.

“Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Hicran Valehov çıxış edərək bildirib ki, son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Belə ki, Fransanın “Alstom Transportation S.A.” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqavilənin tərkib hissəsi kimi hazırda 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi istehsal edilməkdədir. “Azərbaycan Dəmir Yolları” QSC bundan sonra “Alstom” şirkəti ilə əlaqələri daha da genişləndirəcək.

Bu lokomotivlər Şərq – Qərb dəhlizi üzrə 25 kV AC, 50 Hrs və Şimal – Cənub dəhlizi üzrə 3 kV DC ilə hərəkət edəcək. Tətbiqat növləri baxımından bu lokomotiv dünyanın ən çoxfunksiyalı elektrik lokomotividir. Prima AZ4A texniki xidmət və təmir arasında daha uzunmüddətli istismar göstəriciləri, az enerji sərfiyyatı, aşağı texniki xidmət xərcləri və park idarəçiliyinin yüksək iş səmərəliliyi ilə sərnişin xidmətində 160 km/saat sürəti ilə hərəkət etmək iqtidarındadır. AZ4A Azərbaycan Dəmir Yollarının texniki tələblərinə əsaslanaraq, QOST standart və spesifikasiyalarına riayət edilməklə işlənib-hazırlanmış Prima M4 lokomotividir.

27 sentyabr tarixində Cənab Prezidentin tapşırığına əsasən Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilkin baxış keçirilmişdir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolları” SC-nin sədri Mamuka Baxtadze və Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, dəmir yolu bağlantısında aparılan tikinti və son tamamlama işləri, yolun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ-nin açılışa hazırlığı ilə maraqlanıblar.

Qeyd edək ki, tədbirdə üç ölkənin nəqliyyat strukturlarının rəhbərləri ilə yanaşı, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Dursun Həsənov, Zəki Ləvənt Gümrükçü və digər rəsmi şəxslər iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov kütləvi informasiya vasitələrinə verdiyi məlumatda bildirib ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolunu test etdik. Yeni dəmir yolu artıq istifadəyə hazırdır. Cənab Prezidentlərin iştirakı ilə rəsmi açılışdan sonra Bakı-Tbilisi-Qars yeni dəmir yolu tam istifadəyə veriləcəkdir.

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

ADY

Qapalı Səhmdar Cəmiyyəti

ADY EXPRESS

Məhdud Məhsuliyyətli Cəmiyyəti

The leader in container transportation in Azerbaijan

Contacts us

info@adycontainer.com