Azərbaycanda intermodal konteyner
daşımaları üzrə lider

Ön Söz Onlayn Servis

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısında işlərin gedişatı ilə tanış olublar.

Qars dəmir yolu vağzalından başlayan səfər Gürcüstanın Axalkalaki stansiyasına qədər davam edib. Dəmir yolu rəhbərləri texniki vəziyyətlə yerində tanış olmaq məqsədilə, Qars stansiyasından Türkiyə-Gürcüstan sərhədindəki tunelə qədər olan sahəyə və tunelə, tuneldən sonra isə Axalkalaki stansiyasına qədər olan sahədə infrastruktur obyektlərinə – dəmir yolu xətlərinə, süni qurğulara, inzibati bina və tikililərə, hərəkət tərkibi ilə bağlı digər sahələrə baxış keçiriblər.

Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin daim diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq. Bu layihəyə qoşulmaqla Azərbaycan Çindən tutmuş Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yüklər qəbul edə və ya əksinə göndərə biləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, bu yol istifadəyə verildikdən sonra özəl sektorun nümayəndələri –sahibkarlar ildə bir milyon ton yük göndərə biləcəklər. Gələcəkdə isə bu rəqəm artacaq. Bakı-Tbilisi-Qars layihəsi regionun inkişafını təmin edəcək”.

O, həmçinin bildirib ki, Qazaxıstan və Çindən gələcək yüklərin hesabına Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq yüklər ildə 500 min konteynerə qədər artacaq.

Tədbir çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Qarsda logistika mərkəzinin yaradılması haqqında saziş imzalanıb. Sazişi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və Texniki Sahə Araşdırması və SBK Holdinqinin sahibi Sezgin Baran Korkmaz imzalayıblar.

İranın paytaxtı Tehranda  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze  İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında üçtərəfli görüş keçirilib.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti müzakirə olunub. Bildirilib ki,  20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimindən sonra işlər sürətləndirilib. Qısa zaman ərzində Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi başa çatıb. Həmçinin sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.

Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir.

Sonra Azərbaycan və İran Dəmir Yolları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikinisi və istismarı” layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə imzalayıblar. Müqavilə İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin və həmin ərazidə böyük aşırma qabiliyyətinə malik olan 4 terminalın tikintisinin “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi ilə reallaşmasını özündə ehtiva edir. Müqaviləyə əsasən “Azərbaycan Dəmir Yolları” QSC 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür.

Mərasimdə C.Qurbanov və S.Məhəmmədzadə çıxış edərək bildiriblər ki, bu layihə hər iki ölkə ərazisində dəmir yolu əlaqələrinin, həmçinin ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda yüklərin bu istiqamətə axınına təkan verəcək.

Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi üzrə Əlaqələndirmə Şurasının həmsədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, gül dəstələri düzüblər.

Tədbirdə Gürcüstan İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi üzrə Əlaqələndirmə Şurasının həmsədri Georgi Çerkezişvili Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisinin vacibliyindən danışıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi üzrə Əlaqələndirmə Şurasının həmsədri Cavid Qurbanov iki dövlət arasında münasibətlərindən, dövlət və hökumət rəhbərlərinin bu layihəyə diqqətindən, eləcə də hər iki xalqın tarixi dostluğundan danışıb. O bildirib ki, bu gün Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı Bakı-Tbilisi-Qars və digər layihələr xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir. İnanırıq ki, BTQ, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, Avropa ilə Asiyanın birləşməsində mühüm rol oynayacaq.

Sonra Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Marabdadan Türkiyə sərhədinə qədər olan hissəsində gedən reabilitasiya, yenidənqurma və yolun tikintisi, “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin 2017-ci il üçün büdcəsi, Zalqa-Axalkələk keçid məntəqəsinin vəziyyəti, Axalkələk-Kartsaxi yolunda yeni infrastrukturun tikintisi və s. məsələlər müzakirə olunub.

İclasda Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, maliyyə nazirinin müavini Emin Hüseynov, Dövlət Neft Fondunun layihələr şöbəsinin müdiri Rəhim Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

“Bir kəmər- bir yol” strategiyası çərçivəsində beynəlxalq forumda  iştirak etmək üçün Pekində səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Çinin Ninsia-Huy Muxtar Rayonunun kommersiya idarəsinin rəis müavini Kun Quoxua və vilayətin dövlət sərhəd-buraxılış məntəqəsinin rəis müavini Cu Dun ilə görüşüb.

Görüşdə iki ölkə arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı əldə olunan razılaşmaların əməkdaşlığımızın müxtəlif istiqamətlərdə daha da dərinləşməsinə öz töhfəsini verdiyi vurğulanıb. Bu istiqamətlərdən biri də hər iki tərəf üçün böyük maraq kəsb edən nəqliyyat, o cümlədən dəmir yolu, yük daşımaları sahəsində əməkdaşlıqdır.

Çinin dəmir yolu daşınmalarında əhəmiyyətli çəkiyə sahib olan Ninsia-Huy Muxtar Rayonunun rəsmiləri əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etmək arzusunda olduqlarını bildirdilər. Onlar Çinin şimal hissəsində yerləşən vilayətlərdə istehsal olunan məhsulların Şərqi Avropaya, Yaxın Şərq ölkələrinə, habelə Türkiyə və Gürcüstana çatdırılması üçün Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlana biləcəklərini qeyd ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Azərbaycanın nəqliyyat-logistika imkanları, o cümlədən inşası bu il başa çatacaq və Asiya ilə Avropa arasında ən qısa dəmir yolu əlaqəsini təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər-bir yol” strategiyasının iki istiqamətindən biri olan və tarixi İpək yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər.

C.Qurbanov Azərbaycanın Çin tərəfinə yüklərin Azərbaycan üzərində daşınmasına hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. O, bu istiqamətdə məsələləri müzakirə üçün Ninsia-Huy Muxtar Rayonun nümayəndə heyətini Azərbaycana səfərə dəvət edib.

“Azərbaycan Dəmir Yolları” QSC-də Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Aleksandr Mişenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib.

 

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

 

Son vaxtlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin  gücləndirilməsi istiqamətində görülən işlərdən danışan C. Qurbanov  bildirib ki, bu marşrut Çindən Türkiyəyə və eləcə də Avropaya, həmçinin əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Sözügedən marşrut üzrə ilk  sınaq konteyner qatarı 2015-ci ildə fəaliyyətə başlayıb. Çin, Qazaxıstan,  Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə yaranan  marşruta sonra Ukrayna da qoşulub. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə konteyner qatarlarının Çindən birbaşa Avropaya və Aralıq dənizinə getməsi mümkün olacaq.

 

Cavid Qurbanov Cənub-Qərb Nəqliyyat Dəhlizindən də söz açıb. Onun sözlərinə görə, bu Dəhliz Avropa Birliyi ilə Hindistan arasında yüklərin daşınmasına hesablanıb. Cənub-Qərb Nəqliyyat Dəhlizi İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldır. İkin hesablamalara əsasən bu dəhliz üzrə yük daşımaları 7 gün ərzində həyata keçirmək mümkün olacaqdır.

 

Sonra Ukrayna-Azərbaycan əməkdaşlığının cari vəziyyətinin və BTNM çərçıvəsində əməkdaşlığın  dərinləşdirilməsi üçün atılan praktik addımların müzakirəsi aparıldı.

 

Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri  Aleksandr Mişenko çıxış edərək Azərbaycanla ikitərəfli əməkdaşlığın daha da intensivləşdirilməsində, Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsininin artırılması üçün Beynəlxalq Transxəzər Nəqliyyat  Marşrutunun imkanlarının daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş” imzalanıb.

 

Sazişi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Qazaxıstan Dəmir Yolları Milli Şirkətinin prezidenti Kanat Alpısbayev imzalayıblar.

 

Fevralın 22-də “Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrədə yerləşən “InterRail Holding AG” şirkətinin Direktorlar Şurasının sədri Hans Volter Reynhardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Görüş zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

 

Daha sonra Astara (Azərbaycan) – Astara (İran) və Bakı-Tbilisi-Qars layihələri üzrə əməkdaşlığın inkişafına dair  müzakirələr aparılıb.

 

Ölkəmizin beynəlxalq və regional layihələrin reallaşması prosesində iştirakından danışan C. Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edirlər. Bu il bağlantının istismara verilməsi nəzərdə tutulur.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Astara stansiyasından İİR sərhədinədək 8,3 km uzunluğunda yeni dəmir yolu xətti çəkilib. Astara çayı üzərində tikilən körpüdə son tamamlama işləri görülür.

 

“InterRail Holding AG” şirkətinin Direktorlar Şurasının sədri Hans Volter Reynhard çıxış edərək hər iki layihənin reallaşması prosesində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib.

 

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

  • 1
  • 7
  • 8

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

ADY

Qapalı Səhmdar Cəmiyyəti

ADY EXPRESS

Məhdud Məhsuliyyətli Cəmiyyəti

The leader in container transportation in Azerbaijan

Contacts us

info@adycontainer.com