Azərbaycanda intermodal konteyner
daşımaları üzrə lider

Ön Söz Onlayn Servis

  • Əsas səhifə
  • SOCAR “ADY Konteyner” MMC ilə birgə Bakı-Tbilisi-Qars dəhlizi üzrə ilk konteyner nəqlini həyata keçirib

SOCAR “ADY Konteyner” MMC ilə birgə Bakı-Tbilisi-Qars dəhlizi üzrə ilk konteyner nəqlini həyata keçirib

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” ilə birgə karbamidin Türkmənistanın Marı zavodundan Türkiyəyə çatdırılması üzrə ilk sınaq alışını və nəqlini həyata keçirib. Nəql Ələt beynəlxalq dəniz limanında  yüklərin vaqonlardan konteynerlərə yenidən yüklənməsi yolu ilə reallaşdırılıb. Ardından yüklənmiş konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə üç müxtəlif istiqamətdə Türkiyəyə göndərilib və müvəffəqiyyətlə son alıcıya çatdırılıb.

Bu konteyner daşımalarının həyata keçirilməsi layihəyə qatılan ölkələrin logistik imkanlarını, layihəyə Mərkəzi Asiya regionunun ölkələrinin, o cümlədən Türkmənistanın cəlb olunduğunu, eləcə də konteyner daşımalarından istifadənin üstünlüyünü bir daha nümayiş etdirib.

Gələcəkdə nəqliyyat xərclərinə qənaət edilməsi və Azərbaycan karbamidinin dünyanın hər yerinə “qapıdan qapıya” xidməti ilə çatdırılması məqsədilə “SOCAR Carbamide” şirkətinin karbamidini də nəql etmək planlaşdırılır.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı 2017-ci il oktyabrın 30-da həyata keçirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan-Gürcüstan-Türkiyə hökumətlərarası saziş əsasında tikilib. İlkin mərhələdə yük daşımalarının həcmi illik 6,5 milyon ton səviyyəsində olacaq, eləcə də bir milyona qədər sərnişin daşınacaq.

 

 

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

ADY

Qapalı Səhmdar Cəmiyyəti

ADY EXPRESS

Məhdud Məhsuliyyətli Cəmiyyəti

The leader in container transportation in Azerbaijan

Contacts us

info@adycontainer.com