Skip to main content
Uncategorized

“ADY Konteyner” MMC BTQ vasitəsilə Azərbaycan karbamidinin Türkiyəyə növbəti nəqlini həyata keçirib

By Yanvar 24, 2020İyul 6th, 2021No Comments

“SOCAR Carbamide” zavodunda istehsal edilən məhsul ilk dəfə olaraq “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 40 futluq konteynerlərlə daşınacaq. Daşımanı “ADY Konteyner” MMC həyata keçirir. Ümumilkdə 1000 ton karbamidin Türkiyədəki  alıcıları  SIRKENLI TARIM URUNLERI TIC VE SAN A.S.  və VOLTRADE Ithalat Ihracat San. Ve TIC. A.S.  şirkətləridir.
Bu gün “ADY Konteyner” MMC-nin Sumqayıt terminalından yola salınan 19 konteynerdən ibarət ilk qatar 500 ton məhsulu İskəndərun şəhərinə çatdıracaq. Yaxın günlərdə yola düşəcək 500 ton karbamid yüklənmiş 19 konteynerdən ibarət növbəti qatarın təyinat məntəqəsi isə İzmir şəhəridir.

Yaxın aylar ərzində  bu marşrutla Türkiyəyə ümumilkdə 4000 ton karbamid məhsulunun çatdırılması planlaşdırılır.

 

Leave a Reply