Şərq – Qərb Beynəlxalq Nəqliyyat Marşurutu

Marşrut: Çin – Qazaxıstan – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə / Qara dəniz – Avropa

 

və yaxud Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşurutu (TXBNM) – Çindən Türkiyəyə və eləcə də, Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu dəhliz üzrə hərəkət edən blok qatarı orta hesabla 20-25 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.