Skip to main content

Depolama və anbar xidmətləri

Şəxsi anbarınızın təşkili, saxlanılması və ya genişləndirilməsi böyük xərc tələb edir və bu, heç də həmişə özünü doğrultmur. Bizim anbar xidmətlərindən istifadə edin və bütün problemləru unudun!
Anbarlar – logistik zəncirin bir halqası olmaqla, müəyyən struktura və müxtəlif funksiyalara malik mürəkkəb bir elementdir. “ADY konteyner” MMC-də müasir logistikanın bütün aspektlərini mükəmməl bilən mütəxəssislər çalışır və onlar Sizə çatdırılmanı optimallaşdırmaqda və yükünüzü təhlükəsiz saxlamaqda yardım edə biləırlər.

Bizim anbar xidmətlərinin üstünlükləri:
Siz şəxsi anbarınızın saxlanılması xərclərini qənaət edirsiniz. Elə də ucuz olmayan, malların yüklənib boşaldılması üçün lazım olan anbar texnikasını almırsınız. Asnbarın fəaliyyəti üçün vacib elementlərdən olan proqram təminatı da arxa plana keçir. Bütün bunları biz öz üzərimizə götürürük. Siz yalnız anbardan istifadə haqqı ödəyirsiniz.

“ADY Konteyner” MMC xüsusi daşıma şəraiti tələb edən yüklər üçün Ələt qəsəbəsində yerləşən Bakı limanında ref-konteynerlər təklif edir. Limanda ref-konteynerlərə xidmət göstərilməsi üçün xüsusi şərait yaradılıb.

Sifariş et