Skip to main content

Birlikdə Daha Təmiz Dünyaya doğru!

Go Green

Əsas məqsədimiz ekoloji təhlükəsizliyin artırılması vasitəsilə Azərbaycanda və regionda ekoloji cəhətdən səmərəli xidmət göstərən aparıcı şirkətə çevrilməkdir.

Direktor
0.08%

Karbon dioksid emissiyasındakı payı

“Azərbaycan Dəmir Yolları”nın ölkə üzrə karbon dioksid emissiyasındakı payı cəmi 0,08 faizdir.

Birlikdə Daha Təmiz Dünyaya doğru!

“Yaşıl” daşımalar konsepti

Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi üzrə prioritetlərini rəhbər tutan “ADY Konteyner” MMC ölkədə “yaşıl” nəqliyyat prinsipinin inkişaf etdirilməsi yolu ilə ümumilikdə ölkənin dayanıqlı inkişafına töhfə verməyi hədəfləyib.

Şirkət fəaliyyətini Azərbaycan Dəmir Yollarının ölkəmizin nəqliyyat sektorunun karbonsuzlaşdırılması üzrə siyasətinə uyğun qurur.

“ADY Konteyner” ekoloji tarazlığın qorunması məqsədilə yüklərin daha çox dəmir yolu ilə daşınmasını təşviq edir, genişlənməkdə olan dəmir yolu ilə yükdaşımalar sahəsinin cəmiyyət tərəfindən qəbul olunmasına dəstək verir.

Birlikdə Daha Təmiz Dünyaya doğru!

Ətraf mühitə təsirimiz

Daşıma şirkəti olaraq ətraf mühitə təsirimizi minimuma endirmək üçün fəaliyyətimizi aşağıdakı tələblərə uyğun qururuq:
– ISO 14001-2015 Ətraf Mühit İdarəetmə Sisteminə uyğun fəaliyyətin təkmilləşdirilməsi.
– Ətraf mühitin idarə olunmasını işimizin bir hissəsi hesab etmək və bütün işlərimizdə ətraf mühitə uyğun materiallardan istifadə etmək
– Ekoloji fəaliyyətimizlə bağlı məsələlərdə sektoral və hüquqi öhdəliklərimizi yerinə yetirmək, beynəlxalq qanunvericiliyə riayət etmək,
– Tullantıların xüsusiyyətlərinə uyğun olaraq atılmasını təmin etmək, onların təkrar emalını və təkrar istifadəsini dəstəkləmək, tullantılarımızdan yaranan çirkliliyi minimumda saxlamaq
– Bütün nəqliyyat vasitələrində ekoloji cəhətdən təmiz “Yaşıl Mühərrik” dən istifadə etmək
– Ekoloji və sosial cəhətdən həssas korporativ anlayış və iş proseslərinin inkişaf etdirilməsi