Güvənli və vaxta qənaət edən xidmətlərimizdən yararlanın.

Karbon dioksid emissiyasındakı payı

0.08%

“Azərbaycan Dəmir Yolları”nın ölkə üzrə karbon dioksid emissiyasındakı payı cəmi 0,08 faizdir.

Əsas məqsədimiz ekoloji təhlükəsizliyin artırılması vasitəsilə Azərbaycanda və regionda ekoloji cəhətdən səmərəli xidmət göstərən aparıcı şirkətə çevrilməkdir.

Yaşıllığa doğru bizimlə!

Ən çox verilən suallarınızı cavablandırmaq üçün buradayıq

Yükün konteyner terminalına çatıb-çatmaması haqqında məlumatı necə əldə edə bilərəm?

Müştəri bu barədə “ADY Konteyner” MMC – nin əməliyyat şöbəsinə sorğu göndərir. Sorğuya əsasən müştəriyə məlumat verilir.

Yükün “ADY Konteyner” MMC-dən götürülməsi üçün hansı sənədləri təqdim etməliyəm?

Yükün “ADY Konteyner” MMC-dən götürülməsi üçün təhvil alan şəxsin adına etibarnamə, şəxsiyyət vəsiqəsi və “Azərbaycan Dəmir Yolları” QSC-dən maliyyə kodu təqdim edilməlidir.

Yük nə vaxt təhvil verilir?

Yük sənədləşmə tam başa çatdıqdan və göstərilən xidmətlərə görə ödənişlər tam yerinə yetirildikdən sonra yük sahibinin səlahiyyətli nümayəndəsinə təhvil verilir

Daşımanın təşkili üçün hansı sənədlər lazımdır?

Cavab: Daşmanın təşkili üçün aşağıda göstərilən sənədlər lazımdır:
a) ADY Konteyner şirkəti və müştəri arasında imzalanmış müqavilə
b) Yükün sənədlərinin SCAN nüsxələri (BL sənədi, invoyslar, sertifikatlar)

Daşımanın ödəmə şərtləri hansılardır?

Daşımanın ödəməsi əvvəlcədən  yerinə yetirilməlidir. Ödəmə bank köçürməsi vasitəsi ilə həyata keçirilə bilər.

Yükün sənədlərinin əsli kimə göndərilməlidir?

Yükün sənədlərinin əsli, yükün hesab-fakturası (invoice)  ADY Konteyner şirkətinin tərəfdaş şirkətinə  və  dəniz xətti sənədi (BL) dəniz xəttinin  Bakıdakı nümayəndəliyinə göndərilməlidir.

Yükün tranzit vaxtı neçə gün təşkil edir?

Yükün tranzit vaxtı yükün hansı marşrut üzrə hərəkət etməsindən aslıdır.

Yükün terminalda qalma müddəti necə hesablanır?

Yük terminala daxil olan gündən onun terminalda qalma müddəti hesablanır.
Yük terminalda 5 gün ödənişsiz qala bilər. Artıq 6-cı gündən başlayaraq  terminalda qalma günləri hesablanır.

Qiymət və çatdırılma seçimlərini

görmək üçün sürətli təklifə ehtiyacınız var?

Azərbaycanda və regionda ekoloji təhlükəsizliyi yaxşılaşdırmaqla
ekoloji cəhətdən təmiz xidmətlər
Bir həll, çoxlu faydalar. Onlayn xidmətlərimiz qiymətləri əldə etməyi, göndərməni planlaşdırmağı, göndərişləri izləməyi və s. işləri asanlaşdırır!

Xəbərlər

Uncategorized

Almaniya şirkətləri Azərbaycan dəmir yolları ilə əməkdaşlığa maraqlıdır

“Azərbaycan Dəmir Yolları” QSC-də ölkəmizdə işgüzar səfərdə olan Almaniyanın nəqliyyat,…
Uncategorized

Prezident İlham Əliyev yeni Biləcəri lokomotiv deposunun açılışında iştirak edib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni Biləcəri lokomotiv…
Uncategorized

Azərbaycan dəmiryolçuları Türkiyədəki “Logitrans – 2021” sərgisində iştirak edirlər

Türkiyənin İstanbul şəhərində 10-12 noyabr 2021-cı il tarixlərində ənənəvi “Logitrans…

Daha çox istərdiniz? Digər xəbərlərə baxış