Skip to main content

Bizim yanaşmamız sadədir.

Sizin üçün sadə sərfəli sürətli asan təhlükəsiz yaşıl eko logistik daşımalar.

ADY Container haqqında

“ADY Konteyner” MMC “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin törəmə şirkətidir. “ADY Konteyner” MMC dəmir yolu vasitəsilə yük daşımalarının keyfiyyətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi, konteyner daşımalarının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və səmərəli idarə olunması məqsədilə yaradılmışdır.

Azərbaycan Respublikasında olan bütün konteyner meydançaları və dəmir yolu konteyner daşımaları “ADY Konteyner” MMC tərəfindən idarə olunur. Öz fitinq platformalarına və müxtəlif təyinatlı konteynerlərə sahib olan “ADY Konteyner” MMC Bakıda, Sumqayıtda, Gəncədə, Xırdalanda, Astarada və Ələtdə yerləşən konteyner meydançlarında öz xidmətlərini göstərir. “ADY Konteyner” MMC – nin təkcə Bakı terminalı 10 000 kv.m – ə yaxın sahəsi olan anqara, müxtəlif ölçülü konteynerlərə, iri tonnajlı kranlara, daşımaları çevik və təhlükəsiz həyata keçirmək üçün çoxsaylı texnikaya malikdir.

“ADY Konteyner” xidmətlərin əlçatan və çevik olması üçün sifarişçilərə onlayn xidmətlər göstərir.

“ADY Konteyner”- in əsas hədəfi logistika xidmətləri sahəsində şəffaflıq və sərfəli şərtlər təklif etməklə, Xəzər, Qara dəniz regionu, Avropa, Orta Asiya, Uzaq Şərq və Fars körfəzi ölkələrindən daşınan yüklərin həcmini artırmaqdır. Şirkət bütün növ nəqlyyat vasitələri – dəmir yolu, su, avtomobillərlə müxtəlif həcmdə konteynerlərlə yükdaşımalarda sifarişçilərə sərfəli və etibarlı xidmətlər göstərir.

Yaşıllığa doğru bizimlə!

Vəzifəmiz

Şirkətimizin əsas vəzifəsi keyfiyyətli xidmət göstərməklə sifarişçilərin gözləntilərini doğrultmaqdır. Hədəfimiz tranzit yük daşımalarına öz töhfəsini vermək, konteyner daşımalarında regionun və dünyanın aparıcı şirkətlərindən biri olmaqdır.

Xidmətin keyfiyyəti siyasəti

  • Sifarişçilərin tələblərini tam təmin etmək.
  • Təklif edilən xidmətlərin keyfiyyətini daim yüksəltmək.
  • Nümunəvi qurum olmaqla, ictimai dəyərlərə və ətraf mühitə həssaslıqla yanaşmaq.
  • Ölkənin iqtisadi inkişafında pay sahibi olmaq.
  • Əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması üçün vaxtaşırı təlimlər keçirmək.

Güvənli və vaxta qənaət edən xidmətlərimizdən yararlanın.

Müvəffəqiyyətimiz rəqəmlərlə

96

Çalışanların sayı

5

Uğurlu fəaliyyət illəri

970

Razı qalan müştərilər