Skip to main content

Təmir və bərpa

Konteynerlə daşıma – istənilən yükün istənilən məsafəyə çatdırmaq üçün prioritet variantdlr. Konteynerin metaldan olan örtüyü yükü müxtəlif zərbələrdən, ətraf mühitin zərərli təsirlərindən etibarlı şəkildə qoruyur. Lakin konstruksiyanın möhkəmliyi və uzunömürlüyünə baxmayaraq, müntəzəm yüklənmə, aşirmalar və digər xarici faktorlar konteynerə mənfi təsir göstərməklə, deformasiya, korroziya və örtüyün zədələnməsinə yol açır.

Vaxtında göstərilən texniki xidmət və təmir işləri isə konteynerin ömrünün əhəmiyyətli dərəcədə uzanmasına gətirib çıxarır, bununla da yeni konteynerin alınması üçün vəsaitə qənaət etməyə imkan verir.

“ADY Konteyner” MMC müştərilərinə konteynerlərin təmiri və bərpası xidməti də göstərir. İşlər bu işdə təcrübəsi olan yüksək ixtisaslı ustalar tərəfindən həyata keçirilir. İşlər başa çatdıqdan sonra Sizin konteyneriniz tam yeni görkəm alır.

Sifariş et