Türkiyənin İstanbul şəhərində 17-ci “Logitrans-2022” Beynəlxalq Nəqliyyat və Logistika sərgisi keçirilir. Sərgiyə 23 ölkədən 171 şirkət qatılıb. Sərgi nəqliyyat və logistika sahəsində yeni tərəfdaşlıqların, işgüzar əlaqələrin qurulması baxımından əhəmiyyətli platforma hesab edilir.
“Logitrans-2022” Beynəlxalq Nəqliyyat və Logistika sərgisində “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC də təmsil olunur. Şirkətin Türkiyəyə ezam olunmuş əməkdaşları iştitrakçılara ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri və yeni layihələr barədə məlumat veriblər. Yük sahibləri və logistika şirkətləri nümayəndələri ilə keçirilən görüşlərdə yeni əməkdaşlıqların əsası qoyulub. Tərəfdaşlarla aparılan müzakirələrdə əməkdaşlığın genişləndirilməsi üçün fikir mübadiləsi aparılıb. Xüsusən Bakı-Tbilisi-Qars dəmir yoluna yeni növ yüklərin cəlb edilməsi diqqət mərkəzində olub.