Fitinq vaqon-platformalar müxtəlif ölçülü iritonajlı konteynerlərin (20 fut,40 fut, 45 fut) daşınması üçün istifadə olunur. Fitinqli vaqon-platformalarda daşınma zamanı təhlükəsizlik tələblərinə uyğun olaraq konteynerlərin vaqon üzərində yerləşdirilməsi vacib şərtlərdən biridir. Yükləmə qaydalarına görə konteynerlər ölçülərinə uyğun olaraq vaqon-platformaların üzərində xüsusi qovşaqlarda quraşdırılmış fitinqlərdən istifadə edilərək bərkidilir.
Fitinq platformaların uzunluqu iritonajlı konteynerlərdə olduğu kimi "fut" ölçü vahidi ilə təsnif edilir. Məsələn, 14metrlik və ya 40 futluq platformada 2 ədəd 20 futluq konteyner və ya 1 ədəd 40 futluq konteyner yerləşdirmək olur.
ADY Container MMC -yə məxsus olan fitinq platformaların xüsusiyyətləri:
80 futluq fiting vaqon-platforma, model 23-469-07
Adlandırma: böyük həcmli konteynerlər üçün fitinq platforma
Uzunluğu mm: 25 500
Tara çəkisi: 25 ton
Döşəmə: metal
Oxların sayi: 4
Strukturlu sürəti: 120 km/saatda
Dayanacaq əyləcin mövcudluqu: var
Quraşdırma fitinqların sayı: 4 ədəd, çevrilən (aşırılan/qatlanan) – 24 ədəd
Yükgötürmə qabiliyyəti: 69 ton
Daşınan konteynerlərin sayı: 20 futluq – 4 ədəd, 40 futluq – 2 ədəd
Qeyd* Çevrilmə fitinq dayanacaqlarının olması platformada müxtəlif növ konteynerlər yığmağa imkan verir.