Skip to main content

Tariximiz

Azərbaycanda dəmir yolunun təməli 1878-ci ildə qoyulmuş, inşası isə 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq dəmir yolu ilə yük daşınmasına olan tələbatın artdığı nəzərə alınaraq bu sahə inkişaf etmiş və təkmilləşmişdir. Hazırda ölkə üzrə dəmir yollarının açılmış uzunluğu 2954,74 km-dir.
140 illik tarixə malik olan Azərbaycan Dəmir Yolu çox əzəmətli fəaliyyət yolu keçmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun bazasında «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.

Son illər aparılan məqsədyönlü islahatlar, infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycan beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilmiş, ölkəmizin tranzit imkanları daha da genişlənmiş, “Azərbaycan Dəmir Yolları” QSC beynəlxalq yükdaşımalarda fəal oyunçulardan birinə çevrilmişdir. Artan yük həcmini səmərəli idarə etmək məqsədilə Azərbaycan Dəmir Yolları QSC tərəfindən bir sıra zəruri addımlar atılmışdır.

ADY QSC-nin sədri Cavid Qurbanovun 5 iyul 2017-ci il tarişli qərarı ilə qurumun törəmə şirkəti olan “ADY Konteyner” MMC təsis edilmişdir. “ADY Konteyner” şirkəti dəmir yolu vasitəsilə yük daşımalarının keyfiyyətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi, konteyner daşımalarının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və səmərəli idarə olunması məqsədilə yaradılmışdır.

Azərbaycan Respublikasında olan bütün konteyner meydançaları və dəmir yolu konteyner daşımaları “ADY Konteyner” MMC tərəfindən idarə olunur.