Skip to main content
Xəbərlər

Konstantadan Aktauya refkonteynerlərlə yükdaşıma həyata keçirilir

By İyul 1, 2022No Comments

Çİndən və Orta Asiyadan Avropaya, eləcə də əks istiqamətdə konteynerlərlə yükdaşımalarda vacib nəqliyyat halqası olan, Qara dəniz limanları arasında fəaliyyət göstərən “Rəsul Rza” fider gəmisi Rumıniyanın Konstanta limanından növbəti reysinə çıxıb. Bu dəfə gəmi ilə Gürcüstanın Batumi limanına Avropadan Orta Asiya ölkələri üçün nəzərdə tutulmuş qida məhsulları çatdırılıb. Yüklər xüsusi soyuducu sistemə malik 24 konteynerə yüklənib. 40 futluq konteynerlərin Konstantadan Qazaxıstanın Aktau limanına 14 gün ərzində çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, dəmiryolu ilə yükdaşımalarda konteynerlərin hər iki istiqamətdə dolu daşınması rentabelliyi təmin edən əsas amillərdəndir.

Qara dənizdə fider daşımaları ADY Konteyner və ASCO-nun (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) birgə layihəsi çərçivəsində həyata keçirilir. Konteynerləri Batumidən Konstanta limanına və əks istiqamətdə çatdıracaq gəmi ayda 6 reys həyata keçirəcək.

Bu marşrut üzrə yükdaşımalarla bağlı daha ətraflı məlumat almaq üçün commercial@adycontainer.com elektron poçtuna müraciət edə bilərsiniz.