Skip to main content

Üzr istəyirik

Hələdə bu səhifə üzərində işləyirik

Məxfilik Siyasəti

ADY Konteyner MMC -ə məxsus olan www.adycontainer.com saytının əsas prioritetlərindən biri sayt ziyarətçilərinin məxfiliyinin qorunmasıdır . “ADY Konteynerin” MMC-nin “Məxfilik Sityasəti” formunda Müştəri məlumatlarının konfidensiallığının qorunub saxlanılması haqqında ətraflı məlumat verilmişdir.

Razılıq

Veb saytımızı istifadə edərək, Məxfilik Siyasətimizlə razılaşırsınız və onun şərtlərini qəbul edirsiniz.

Topladığımız məlumatlar

Saytda qeydiyyatdan keçdiyiniz zaman, ad, şirkət adı, ünvan, e -poçt ünvanı və telefon nömrəsi də daxil olmaqla əlaqə məlumatlarınızı istəyə bilərik.
Birbaşa bizimlə əlaqə saxladığınız halda təqdim etdiyiniz məlumatlar, qoşulma vaxtı və tarix, istifadəçi tərəfindən istifadə edilən cihaz, əməliyyat sistemi və brauzer haqqında ətraflı məlumat, istifadəçinin IP ünvanı, istiqamətləndirən web saytının URL tərəfimizdən saxlanıla bilər.

Sizin məlumatlarınızı necə istifadə edirik

Əgər siz bizi şəxsi məlumatlarınızla təmin etsəniz, biz onlardan sizin maraq və şikayətlərinizin aydınlaşdırılması məqsədilə istifadə edəcəyik.
Biz onlardan sizi zaman-zaman saytımızda olan dəyişikliklər, yeni məhsullar, sayt və xidmət yenilikləri və xüsusi təkliflər barədə məlumatlandırmaq üçün istifadə edə bilərik. Əgər bu məktubları almaq istəmirsinizsə, imtina edə bilərsiniz.

Şəxsi məlumatlarınızda dəyişikliyi necə tələb edə bilərsiniz

Verilənlər bazasından məlumatlarını düzəltmək, yeniləmək, silmək istəyən hər kəs bizə, “ADY Konteyner” MMC-ə yazmalıdır. Biz qısa zaman ərzində tələbinizə uyğun xidmət göstərməyə cəhd edəcəyik.

Qeyri-şəxsi məlumatlar

Biz sizin haqqınızda şəxsi olmayan məlumatları toplaya bilərik (məsələn, istifadə etdiyiniz internet brauzer)
Biz bu məlumatları sizin kompyuterinizdə saxlanılan kukilər vasitəsilə əldə edə bilərik. Bir çox internet brauzerlərdə siz bu məlumatları kompyuterin yaddaşından silə bilərsiniz.

İnformasiya Təhlükəsizliyi tədbirləri

Sizin məlumatlarınızı zərərdən, sui-istifadədən və dəyişdirilmədən qorumaq üçün lazımlı tədbirləri həyata keçiriləcək. Topladığımız məlumatları üçüncü tərəfə verməyəcəyimizə əmin ola bilərsiniz.
Təşkilatın öz istifadəsi üçün fərdi olaraq təyin olunan məlumatlar satıla və ya kirayə verilə bilməz.

Sizin hüquqlarınız

Hər bir istifadəçi aşağıdakı hüquqlara malikdir:
Düzəltmə hüququ – Qeyri -dəqiq olduğuna inandığınız hər hansı bir məlumatın düzəldilməsini tələb etmək hüququnuz var.
Silmək hüququ – Müəyyən şərtlər daxilində şəxsi məlumatlarınızı silməyimizi tələb etmək hüququnuz var.
Məxfilik Siyasətimizdə dəyişikliklər olduğu halda onlar haqqında ana səhifədə məlumat veriləcəkdir. Əlavə suallarınız varsa və ya Məxfilik Siyasətimiz haqqında daha çox məlumat tələb edirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.