Bəzən yükdaşımalar müəyyən itki və ya zədə risqləri ilə müşayiət olunur. Bəzi qabaqlayıcı tədbirlər görməklə, bu risqləri azaltmaq olar. Fors-major zamanı yükün itirilməsi və ya zədələnməsi ciddi maliyyə itkilərinə yol aça bilər. Yükünüzün sığortalanması isə maliyyə zərərinin ödənilməsinin zəmanəti ola bilər. Biz sizin yükünüzü sığortalamağa yardımçı ola bilərik.
Sığorta təminatı, baş vermiş hadisə nəticəsində yükə dəymiş ziyan və zərərləri və yaxud onlarla əlaqədar xərcləri əhatə edir. Ziyan və zərərin və yaxud xərclərin miqdarı və mahiyyəti, təminata daxil edilən hadisələr və istisnalar sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi şərtlərə əsasən müəyyən edilir.
Daşımanın sığortalanması daşıma prosesində problem yaranacağı təqdirdə zərərlərin tam ödənilməsi təminatını verən maksimum rahat və etibarlı həlldir.