Skip to main content
Uncategorized

ADY Konteyner MMC “Qara və Xəzər dəniz limanları və gəmiçilik -2022” konfransında təmsil olunub

By Aprel 8, 2022No Comments

Gücüstanda “Qara və Xəzər dəniz limanları və gəmiçilik -2022” (Black and Caspian sea ports and shipping-2022) adlı beynəlxalq konfrans və sərgi keçirilib. 5-7 aprel tarixlərində keçirilən tədbirdə Qara və Xəzər dənizi regionunda olan dəhlizlər boyunca yerləşən ölkələrdən 150-dən çox nümayəndə iştirak edib. Logistika və təchizat zəncirində regional və qlobal əlaqəni gücləndirmək məqsədi daşıyan illik beynəlxalq nəqliyyat konfransında “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”in nümayəndələri də təmsil olunublar.

“ADY Konteyner”in direktoru Natiq Cəfərov konfransda “Avrasiya dəmir yollarının kəsişməsi: Azərbaycan nəqliyyat qovşağı kimi” mövzusunda çıxış edib. N. Cəfərov ölkəmizin tranzit imkanları, konteynerləşmənin sürətləndirilməsi, multimodal daşımalar üzrə əldə olunan nailiyyətlər, ekoloji təmiz nəqliyyat növü kimi dəmiryolunun təşviqi məsələlərinə toxunub.

Konfransda dünya üzrə tanınmış 25 aparıcı nəqliyyat və logistika şirkətinin nümayəndəsi qlobal və regional ticarət,  investisiyaları mövzusunda  çıxış edib.